Riçard Almeyda (; ) — Azərbaycan milli futbol komandasında çıxış etmiş Braziliya əsilli azərbaycanlı futbolçu. 2017-ci ildən Azərbaycan vətəndaşıdır. 9 dəfə Azərbaycan Premyer Liqasının, 5 dəfə isə Azərbaycan kubokunun qalibi olub.
Karyerası Almeyda — Santu-Andre klubunun yetirməsidir.8 may 2010-cu ildə İkasaya qarşı oyunda Seria B-də debüt etmişdir, lakin o, əsas heyətdə möhkəmlənə bilmir və yetirməsi olduğu komandada yalnız 4 görüşə çıxır.
2010-cu ildə Portuqaliya ikinci liqası komandası olan Jil Visenteyə gəlir.29 avqust 2010-cu ildə Trofensi klubuna qarşı oyunda "xoruzlar"ın heyətində debüt edir.6 yanvar 2011-ci ildə isə Penafiellə oyunda ilk qolunu vurur. Onunda töhfələri sayəsində klub həmin il ikinci liqada çempion olur.
Almeyda 2012-ci ildə Qarabağa keçir.5 avqust 2012-ci ildə İnterlə oyunda debüt edir. İlk qolunu isə Sumqayıta vurur. Sezonun sonunda isə 13 qolla bombardirlər arasında 4-cü pilləni tutur. Sonrakı illərdə isə məhsuldarlığı nisbətən aşağı düşür:2 sezona 9 qol.
2 iyul 2013 tarixində Makedoniya Metallurqu ilə görüşdə ümumilikdə Avroliqda ilk oyunun keçirir. İlk qolunu isə 18 iyul 2013-cü ildə Polşa Piast ilə oyunda vurur.
11 fevral 2025-ci ildə "Qarabağ" Almeyda ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verildiyini açıqlayıb.
Uğurları
Klub Qarabağ Azərbaycan Kuboku Qalib (1): 2014–15 Azərbaycan Premyer Liqası Qızıl (2): 2013–14, 2014–15 Gümüş (1): 2012–13
Şəxsi Azərbaycan Premyer Liqası ayın oyunçusu (1): aprel 2012 Azərbaycan Premyer Liqası ən yaxşı xarici futbolçu (1): 2014 Azərbaycanda ilin legioner idmançısı (İdman Araşdırmalar Mərkəzinin versiyası) (1): 2014
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Braziliya futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Braziliyada doğulanlar Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Legioner Braziliya futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:BƏƏ Pro Liqası futbolçuları Kateqoriya:Braziliya Seriya B futbolçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları Kateqoriya:Qazaxıstan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Portuqaliyada legioner futbolçular Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Astana FK futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:BƏƏ-də legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular