Konstantin Mixayloviç Myakişev (; ) — rus əsilli Azərbaycan və Rusiya aktyoru, Azərbaycan SSR xalq artisti (1955).

Həyatı 1910-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1929-cu ildə Bakı Teatr Texnikumunu bitirmiş, 1930-cu illərdən Azərbaycan Rus Dram Teatrında, 1960-cı illərdən isə Moskvada çalışmışdır. Bakı Teatrında rejissor kimi bir neçə tamaşaya quruluş vermişdir. 1960-cı ildən ömrünün sonuna qədər Moskvanın Malıy teatrında çalışmışdır. 22 fevral 1990-cı ildə Moskvada vəfat etmişdir.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 Stalin mükafatı (üçüncü dərəcəli) — 1951 (Azərbaycan Rus Dram Teatrında İmran Qasımovun "Xəzər üzərində şəfəq" əsərini ifa etdiyinə görə) "Azərbaycan SSR xalq artisti" fəxri adı — 30 aprel 1955 Lenin ordeni — 9 iyun 1959 "Qırmızı əmək bayrağı" ordeni — 4 noyabr 1974

Filmoqrafiya Bəxtiyar (film, 1955) — Dmirti Verxovski Uzaq sahillərdə (film, 1958) — partizan

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri