tam kəllənin aşağı hissəsi hesab olunur, və iki səthi vardır: xarici və daxili, buna görə də kəllənin xarici əsası — və kəllənin daxili əsası — ayırd edilir. Kəllənin beyin hissəsi süni xətt vasitəsilə iki şöbəyə bölünür: yuxarı hissə — kəllə qapağı — və aşağı hissə — kəllə əsası — . Kəllənin xarici əsası üç şöbəyə bölünür: ın orta və arxa şöbə. Ön şöbə üz skleti sümükləri ilə örtülmüşdür; bu şöbəyə damaq və əng sümükləri müvafiqdir.

Kəllənin daxili əsası Kəllənin daxili əsası — yəni kəllə əsasının yuxarı za daxili səthi basıqdır və kəllənin xarici əsasına müvafiq olaraq üç şöbəyə — çuxura bölünür: kəllənin ön, orta və arxa çuxurları.

Kəllənin ön çuxuru Kəllənin ön çuxurunu — alın sümüyünün göz yuvası hissəsi, xəlbir sümüyün xəlbir səfhəsi və əsas sümüyün kiçik qanadları əmələ gətirmişdir.

Kəllənin orta çuxuru Kəllənin orta çuxuru — böyük beynin gicgah paylarına, görmə qabaraltı nahiyəsinə məxsusdur.

Kəllənin arxa çuxuru Kəllənin arxa çuxuru — orta çuxurdan arxaya yerləşərəkkəllə boşluğunun qalan hissəsini tutur; burada beyuncik, Varolio körpüsü və beyin ayaqcıqları yerləşir. Bu çuxur ənsə sümüyü, əsas sümüyün cisminin arxa səthi, təpə sümüyünün məməyəbənzər bucağı və gicgah sümüyünün daşlıq hissəsi ilə məməyəbənzər çıxıntısı əmələ gətirir.

Mənbə Prof. K. Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, I cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1971

Kateqoriya:Kəllə Kateqoriya:Kəllə sümükləri Kateqoriya:İnsan başı və boynu Kateqoriya:Otorinolarinqologiya Kateqoriya:Baş və boyun sümükləri