Qasımov Əlfi Səhlik oğlu () — yazıçı, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1956).
Həyatı Əlfi Qasımov 1927-ci il yanvar ayının 5-də Ağdam rayonunun Poladlı kəndində anadan olmuşdur. O, Şelli-Qaradağlı kəndinin yeddiillik məktəbini bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir. Daha sonra 1943–1944-cü illərdə Ağcabədi rayonunun Xocavənd və Boyad kənd məktəblərində müəllim işləmişdir.
Əlfi Qasımov 1944–1946-cı illərdə Ağdamda İkiillik Müəllimlər İnstitutunda oxumuş, oranı bitirdikdən sonra 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuş və 1951-ci ildə həmin universitetdə təhsilini başa vurmuşdur.
Fəaliyyəti
Əmək fəaliyyəti Əlfi Qasımov 1951–1958-ci illərdə "Azərbaycan müəllimi" qəzetində xüsusi müxbir, şöbə müdiri və redaktor müavini vəzifələrində işləmişdir. Daha sonra 1958–1966-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində məsul katib vəzifəsini icra etmişdir. O, 1966–1983-cü illərdə Azərbaycan SSR Dövlət Poliqrafiya, Nəşriyyat və Kitab Ticarəti İşləri Komitəsində nəşriyyatlar idarəsinin rəisi, baş redaktor vəzifələrində çalışmışdır.
Əlfi Qasımov 1983-cü ilin fevralından ömrünün axırınadək Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsində işləyib. Azərbaycan Dövlət Televiziyasında "Kitablar aləmi" verilişinin aparıcısı olub. 1956-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur.
Yaradıcılığı Əlfi Qasımov ədəbi yaradıcılığa ilk dəfə 1945-ci ildə Ağdamda Müəllimlər İnstitutunda oxuyarkən başlamış və onun "Xalq arzusu" adlı ilk şeiri Ağdamda çıxan "Lenin yolu" qəzetində dərc edilmişdir. Publisistin şeirləri universitetdə oxuduğu illərdə də respublikanın müxtəlif qəzet və jurnallarında dərc edilmişdir.
Əlfi Qasımovun "Əriməzin ətəklərində" adlı ilk oçerklər kitabı 1954-cü ildə nəşr olunmuşdur. Sonra isə çoxsaylı oçerk, hekayə, povest və roman kitabları, həmçinin tərcümələri və tərtib etdiyi digər kitabları çap olunmuşdur. Əsərləri rus, qırğız, türkmən və tacik dillərinə tərcümə edilmişdir.
Ölümü Əlfi Qasımov 1985-ci il mart ayının 10-da Bakıda ürək çatışmazlığından qəflətən vəfat etmişdir.
Kitabları Bədii əsərləri:
Tərcümələri və tərtib etdiyi kitablar:
Həmçinin bax
Bayram Bayramov
Mənbə XX əsr Azərbaycan yazıçıları, Ensiklopedik məlumat kitabı. Bakı,2011
İstinadlar
Xarici keçidlər Əlfi Qasımov - anl.az
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Publisistlər Kateqoriya:Ağdamda doğulanlar Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri