Xanoba (əvvəlki adı: Zeyxuroba) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Yalama kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Xaçmaz rayonunun Yalama kənd inzibati ərazi dairəsi tərkibindəki Zeyxuroba kəndi Xanoba kəndi adlandırılmışdır.

Tarixi Kəndin əsası Yuxarı Zeyxur kəndindən köçmüş ailələr tərəfindən qoyulmuşdur. Zeyxur kəndinin əhalisinin bir hissəsinin zamanla köçərək yeni bir yaşayış məskəni salması nəticəsində Zeyxuroba kəndi formalaşmışdır. Kəndin adı da birbaşa gəldikləri Zeyxur kəndinin adı ilə bağlıdır ("Zeyxur" və "oba" sözlərinin birləşməsi). 1 sentyabr 2004-cü ildən Zeyxuroba kəndin adı dəyişərək Xanoba kəndi adlandırılmışdır.

İqtisadiyyatı 5 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Yalama-Xanoba avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılmışdırXaçmaz rayonunun Yalama-Xanoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . president.az .

İstinadlar

Həmçinin bax

Kateqoriya:Xaçmaz rayonunun kəndləri