Mixail Borisoviç Xodorkovski () — rusiyalı sahibkar, ictimai xadim, publisist. Hal-hazırda Segejada (Kareliya Respublikası) ümumi rejimli koloniyada 11 illik azadlıqdan məhrum edilmə cəzasını çəkib, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 20 dekabr 2013-cü il tarixli sərəncamı ilə o əfv olunaraq azadlığa çıxıb.
Həyatı 1997–2004-cü illərdə "YUKOS" neft şirkətinin əsas sahibi və rəhbəri olmuşdur. 2003-cü ildə həbs olunub. Həbs olunduğu zaman dünyanın ən zəngin insanlarından biri olmuşdur.The 500 richest people in the world, according to Forbes magazine World’s Richest People 2004. Mikhail KhodorkovskyWorld’s Richest People 2003. Mikhail Khodorkovsky 2005-ci ildə məhkəmə barəsində hökm çıxararaq dələduzluq və başqa cinayətlərin törədilməsində təqdirli bilmişdir. "YUKOS" şirkəti müflis elan edilmişdir. 2010–2011-ci illərdə Xodorkovski barəsində yeni hallara görə yeni hökm verilmişdir.
Xodorkovskinin cinayət təqibi Rusiya və beynəlxalq ictimaiyyət tərəfindən ziddiyyətli qiymət aldı: bəziləri Xodorkovskinin ədalətli şəkildə məhkum olunduğunu, digəriləri siyasi motivlərlə təqib olunan vicdan məhbusu hesab edirlər.
"Beynəlxalq amnistiya" Xodorkovski və onun həmkarı Platon Lebedevə "Vicdan məhbusu" statusu vermişdir.Russian businessmen declared prisoners of conscience after convictions are upheld , Amnesty International, 24 may 2011 Avropa insan haqları məhkəməsi 2011-ci ilin mayında çıxardığı qərarında həbs zamanı prosedur pozuntularının olduğunu, ibtidai istintaq və məhkəmə baxışı, həbsdə saxlanılmaya dair şikayətlərə baxılma zamanı insan ləyaqətini alçaldan faktların mövcudluğunu müəyyən etmiş. Eyni zamanda AİHM hesab etmişdir ki, Xodorkovskinin cinayət təqibinin siyasi motivlərinin təkzibedilməz sübutları təqdim olunmamışdılar.CASE OF KHODORKOVSKIY v. RUSSIA (Application no. 5829/04) , JUDGMENT, STRASBOURG, 31 may 2011ЕСПЧ не признал дело Ходорковского политически мотивированным . — РИА Новости, 31 мая 2011 года
24 iyul 2012-ci ildə Xodorkovskinin şikayəti əsasında Rusiya Federasiyası Ali Məhkəməsinin hakimi V. M. Lebedev tərəfindən nəzarəti icraatı başlandığı məlum oldu. 20 dekabr 2012-ci ildə Moskva şəhər məhkəməsinin rəyasət heyəti qanunvericiliyin liberallaşması ilə əlaəqdar həbs müddətini 13 ildən 11 ilədək azaltmışdır. 29 may 2013-cü ildə Rusiya Federasiyası Ali Məhkəməsi Xodorkovski və Lebedevə daha yüngül cəzanın təyin olunmasının mümkünlüyü ilə əlaqədar yenidən nəzarət icraatına başladı.
Qüvvədə olan hökmlərə əsasən Xodorkovski azadlığa 25 oktyabr 2014-cü ildə çıxmalı idi. Ancaq Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 20 dekabr 2013-cü il tarixli sərəncamı ilə o əfv olunaraq azadlığa çıxdı.
İstinadlar
Kateqoriya:Rus məhbuslar və məhkumlar Kateqoriya:Rusiyada "Xarici agent" elan edilmiş şəxslər Kateqoriya:Rus milliyyətçiləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Rusiya aktivistləri Kateqoriya:YouTube Gümüş play düyməsi alanlar Kateqoriya:Rusiya yəhudiləri Kateqoriya:Rusiya iş adamları Kateqoriya:Rusiya liberalları Kateqoriya:Rusiya publisistləri Kateqoriya:Rusiya milyarderləri Kateqoriya:Rusiyada Amnesty International tərəfindən vicdan məhbusu elan edilmiş şəxslər