Rza İsa oğlu Quliyev () — İctimai xadim, görkəmli jurnalist və publisist.

Həyatı thumb|right|Bakıda adına olan küçə.

Rza Quliyev 1914-cü il aprel ayının 20-də Ağdam rayonunda anadan olmuşdur. İbtidai təhsilini Ağdamda almış R.İ.Quliyev biliyə böyük həvəs göstərərək, təhsilini Qazax Müəllimlər Seminariyasında davam etdirmiş, daha sonra isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filoloji fakültəsinin jurnalistika şöbəsini bitirmişdir.

Azərbaycan SSR Ali Sovetinə (3, 6 və 7-ci çağırışlar) deputat seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin Xarici İşlər üzrə Komissiyasının Sədr müavini olmuşdur. Dəfələrlə Azərbaycan Kommunist Partiyasının və Bakı Şəhər Komitəsinin Təftiş Komissiyasının üzvü seçilmişdir. O, həm də Sovet Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr İttifaqı Şurasının, Sovet Sülhü Müdafiə Komitəsinin və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.

R.İ.Quliyev 1977-ci il iyun ayının 4-də Bakı şəhərində vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunub.

Çoxsaylı broşura və məqalələri M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında saxlanılır. Bakı şəhərində adına küçə var.

Əmək fəaliyyəti 1931–1932 (Ağdam ş.) Azərbaycan SSR Xalq Maarifi Komissarlığı Ağdam rayonu 3 №-li məktəbin müdiri. 1932–1934 "Lenin Yolu" ("Путь Ленина") rayon qəzetinin məsul redaktorunun müavini. 1935–1938 (Bakı ş.) "Gənc işçi" ("Молодой рабочий") qəzetinin mədəniyyət şöbəsinin müdiri. 1937–1939 (Bakı ş.) "Kommunist Maarifi" ("Коммунистическое просвещение") qəzetinin məsul katibi. 1939–1940 (Bakı ş.) "Kommunist" qəzetinin məsul katibi. 1940–1941 (Bakı ş.) "Kommunist" qəzeti redaktorunun müavini. 1941–1944 (Bakı ş.) "Kommunist" qəzetinin məsul redaktoru. 1944–1946 (İran, Təbriz ş.) "Vətən Yolunda" ordu qəzetinin redaktoru. 1946–1948 (Bakı ş.) Azərbaycan SSR Nazirlər Soveti yanında Azərbaycan Teleqraf Agentliyinin məsul rəhbəri. 1948–1949 (Bakı ş.) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat və təşviqat şöbəsinin müdiri. 1949–1953 (Bakı ş.) "Kommunist" qəzetinin (Azərbaycan dilində) məsul redaktoru. Eyni zamanda həmin illərdə Azərbaycan KP MK-nin nəznində olan "Təşviqatçının dəftərçəsi" jurnalının redaktoru, bir neçə il "Ədəbiyyat" qəzetinin Azərbaycan SSR üzrə xüsusi müxbiri olmuşdur. 1948–1975 (Bakı ş.) Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin Rəyasət Heyətinin sədri.

Broşuraları "Proletar beynəlmilləlçiliyi bayrağı altında", 1957 "Azərbaycan və Alban xalqlarının dostluğu əbədi və sarsılmazdır", 1958 "Dostluq telləri", 1958 "Qəzet işinin bəzi məsələləri", 1959 "Azərbaycan sovet şeirində sülh mövzusu", 1961 "Bizim dostluq əlaqələrimiz", 1961 "Bolqarıstan təsərrüfatı", 1962 "Salam, böyük qardaş", 1964 "Sülh və dostluq naminə", 1966 "Dostluq, mahnı, məhəbbət", 1967 "Şanlı səhifələr", 1969 "Xarici ölkə dostlarının gözü ilə", 1971 "Azərbaycan elçiləri", 1972 "Azərbaycan Vurğununun gözü ilə", 1974

Mükafatları İki dəfə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl Qələm" mükafatı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 dəfə Fəxri Fərmanı

Ordenləri "Qırmızı əmək bayrağı" ordeni İki "Şərəf nişanı" ordeni

Medalları "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı Bolqarıstan, Çexoslovakiya və Macarıstanın "Xalq Hakimiyyətinin 25 illiyi" medalları

İstinadlar

Xarici keçidlər Onun adı Azərbaycan jurnalistikası tarixinə qızıl hərflərlə yazılmışdır Известному общественно-политическому деятелю, мастеру пера Рзе Гулиеву исполняется 100 лет

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:SSRİ Jurnalistlər İttifaqının üzvləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:"Xalq qəzeti"nin ("Kommunist") baş redaktorları