Heydər Qiyai Şamlı () — İranlı memar. Müasir İran memarlığının ilk nümayəndələrindən biri olan o Senat evinin, Tehran Hilton Otelinin, bir neçə qatar stansiyalarının, kinoteatrların, müxtəlif mülkü və hökumət binalarının memarıdır.
Həyatı Heydər Qiyai Şamlı Qızılbaş tayfa ittifaqına daxil olan Şamlı tayfasındandır. 23 oktyabr 1922-ci ildə Tehranda doğulub. 1948-1953-cü illər ərzində o Parisdə yerləşən "École nationale supérieure des Beaux-Art" ali məktəbində təhsil alıb. 1954-cü ildə vətənə qayıtdıqdan sonra Tehran universitetinin incəsənət fakultəsində dərs deməyə başlayır.
Dövlətdən aldığı ilk sifariş Tehran Senat evinin tikintisi olur. 1954-1959-cu illər ərzində Mohsen Furuği il birlikdə bu binanın tikintisində çalışır. Bundan sonra məşhurluq əldə edən o 1959-cu ildə Su və elektrik təchizatı nazirliyi binasının, 1960-cı ildə İncəsənət sarayının, 1963-cü ildə Məşhəd xəstəxanasının, 1970-ci ildə Kənd təsərrüfatı nazirliyi binasının və bir sıra dövlət sifarişi olan binaların memarı olur. 1968-ci ildə Qiyai rəsmi olaraq şah sarayının memarı təyin olunur və Fərəhabad saraylarının tikintisi ilə məşğul olur.
İran İslam İnqilabından sonra İranı tərk edərək Fransaya köçüb. Bir müddət Fransada və ABŞ-də fəaliyyət göstərib. 6 sentyabr 1985-ci ildə Fransanın Antib şəhərində vəfat edib
Layihələrin siyahısı Tehran Senat Evi Məşhəd Dəmiryol stansiyası Təbriz Dəmiryol stansiyası Əbuəli Sina Fondu Fərəhabad Sarayları Tehran Pars Drive-In kinoteatrı Radio city kinoteatrı Moulin Rouge kinoteatrı Royal Tehran Hilton oteli Məşhəd xəstəxanası Lavizan xəstəxanası Qiyai sarayı
Şəkillər
Həmçinin bax İv Fərhad xan Qiyai Şamlı
İstinadlar
Kateqoriya:Azərbaycanlı memarlar Kateqoriya:Şamlılar Kateqoriya:Fransa azərbaycanlıları Kateqoriya:Tehranda doğulanlar Kateqoriya:Fransada vəfat edənlər Kateqoriya:İran memarları