Şeyx Tusi (; tam adı: Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi, ; ) — fars əsilli islam alimi. HQ. V əsrin Şiə-Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi.
Həyatı Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi oktyabr 995-ci ildə Tus şəhərində kasıb bir ailədə dünyaya gəlmişdir. 1017/1018-ci ilə qədər bu şəhərdə yaşamışdır. 7 dekabr 1067-ci ildə Nəcəf şəhərində vəfat etmiş və vəsiyyətinə əsasən bu şəhərdəki evində dəfn olunmuşdur. Dəfn olunduğu ev sonradan Tusi məscidi'nə çevrilmişdir.
Təhsili Tus şəhərində yaşadığı 995–1017/1018-ci illərdə müqəddimə elmlərindən dərs demişdir.Əli Dəvaniqi, "Həzareyi Şeyx Tusi, səh. 4 Təhsilini davam etdirmək məqsədilə 1017/1018-ci illərdə Bağdada köçmüşdür.Seyyid Möhsün Əmin Amuli, "Əyan əş-Şiə, c. 9, səh. 159 1017/1018–1022/1023-cü illərdə Şeyx Müfiddən dərs alır və müctəhidlik dərəcəsinə çatır. Sonra müəllimi Şeyx Müfidin məsləhəti ilə "Təhzibul Əhkam" əsərini yazır."əz-Zaria", c. 4, səh. 504 Bu əsər sonradan Şiə məzhəbinin ən məşhur dörd əsərindən birinə çevrilir.
Müəllimləri Şeyx Müfid Seyid Mürtəza Ələmül-hüda
Tələbələri Bir çox tələbələr yetişdirmişdir. Onlardan bəziləri:
İshaq ibn Bəbaveyhi Qumi Əbu Salehi Xələbi oğlu, Əbu Əli Tusi Şəhraşubi Mazandarani Əbdülcabbar ibn Abdullah əl-Qəməri Razi Məhəmməd ibn Həsən Fətal Kəraçi Hüseyn ibn Fəthi Cürcani Cəfər ibn Əli Hüseyni Nasir ibn Rza Ələvi və b.Ağa Buzurgi Tehrani, "ət-Tibyan", c. 1, Ön söz
Dini fəaliyyəti 1055-ci ildə Səlcuq sultanı Toğrul bəy Bağdada hücum etmişdir. Hücum zamanı bir çox şiə məhəllələri yağmalanmışdır. Şahbur ibn Ərdəşir'in kitabxanası yandırılmışdır. Talan 1059/1060-cı ilərə kimi davam etmişdir. Bu hadisələr zamanı bir neçə dəfə Şeyx Tusinin yazdığı kitablar və kitabxanası şəhər meyanına daşınaraq yandırılmışdır. 1057/1058-ci ildə Tusinin evi də yağmalanmış və bütün əsərləri yandırılmışdır. Bütün bu hadisələrdən sonra Şeyx Tusi Bağdad şəhərindən köçmək qərarına gəlmişdir. 1056/1057-ci ildə Nəcəf şəhərinə köçmüşdür. Nəcəfdə ömrünün qalanını İslamı tədris etməklə keçirmiş və burada hələ də mövcud olan böyük şiə tədris müəssisəsinin əsasını qoymuşdur. "əz-Zəria", c. 5, səh. 220
Əsərləri Şeyx Tusi 51-ə yaxın əsər yazmışdır."əz-Zaria", c. 5, səh. 220
Təfsir "ət-Tibyan'u fit-Təfsiri'l Quran" "əl-Məsailu'd-Dimeşqiyyə fit-Təfsiri'l Quran"
Hədis "Təhzib əl Əhkam" "İstibsar"
Fiqhi "ən-Nihayə" "əl-Məbsut" "əl-İcaz fil Fəraiz" "əl-Məsailu'l Xələbiyə fil Fiqh" "əl-Məsailu'l Xairiyyə fil Fiqh"
Üsul "Hücciyətu'l Əxbar"
Kəlam "Təlxisu'l Şafi" "Təmhidu'l Üsul" "əl-İqtisad" "əl-Firaq beynən-Nəbi vəl İmam"
Rical "Kitabu'l Ənvar" ("Rical-i Şeyx Tusi") "İxtiyaru Marifəti'l Rical" "əl-Fihrist"
Tarix "Maqtəlu'l-Hüseyn" "Müxtəsaru Əxbar-i Muxtar ibn Əbu Ubeyd əl-Saqafi"
Dua "Misbahu'l Mütəhəccid" "Müxtasaru'l Misbah"
Haqqında deyilənlər
İstinadlar
Mənbə Kərim Uçar, "Şiə alimlərinin bioqrafiyası", Berlin-2007, 1. cild, Şeyx Tusi (r.ə.) Şeyx Tusi (Məhəmməd ibn Həsən Tusi – Şeyxuttaifə) Şeyx Tusi
Həmçinin bax Ət Tibyan Dörd kitab Şiə məzhəbinin alimləri siyahısı
Kateqoriya:İran alimləri Kateqoriya:Rəzəvi Xorasan ostanında doğulanlar Kateqoriya:Nəcəfdə vəfat edənlər Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Şiəlik Kateqoriya:Şiələr Kateqoriya:Şiə din xadimləri Kateqoriya:Müsəlman teoloqlar