Miloş Zeman (; ) — çex yazıçısı və dövlət xadimi, 8 mart 2013-cü ildən Çexiya prezidenti.
Fəaliyyəti Miloş Zeman 1996-cı ildən 1998-ci ilə qədər Çexiya parlamentinin alt palatası olan Nümayəndələr məclisinin sədri, 1998-ci ildən 2002-ci ilə qədər isə Çexiyanın baş naziri olmuşdur. Lideri olduğu Çexiya Sosial-Demokrat Partiyası 1990-cı illərdə ölkənin əsas partiyalarından biri idi.
1968-ci ildə Praqa baharı vaxtı, Çexoslovakiya Kommunist Partiyasının üzvü olsa da Çexoslovakiyanın SSRİ tərəfindən işğalına qarşı çıxdığı üçün 1970-ci ildə partiyadan uzaqlaşdırılmışdır. 1989-cu ildə dövlət telekanalında Çexoslovakiya iqtisadiyyatını tənqid etmişdir. Bu çıxışı qalmaqala səbəb olsa da, Məxməri inqilab zamanı onunla həmfikir olan Vətəndaş Forumu liderləri ilə yaxınlaşmasına yol açmışdır.
2013-cü ildə prezident seçkilərində səslərin 54.8 faizini toplayaraq Çexiya prezidenti seçilmişdir.
İstinadlar
Xarici keçidlər Curriculum Vitae at the website of the Prague Castle
Miloš Zeman at the website of the Government of the Czech Republic
Kateqoriya:Çexiya prezidentləri Kateqoriya:Çexiya yazıçıları Kateqoriya:Çexiya Respublikasının baş nazirləri