Epomeo () — İskya adasının cənubunda sönmüş vulkan. Vulkan günbəz tipli olub, hündürlüyü 789 metrdir. Böyük fəlakətli püskürmələr e.ə. 81, 158-ci və eramızın 856, 1170, 1301-ci illərinə təsadüf edir. Lava tərkibi andezitdir. Sonuncu püskürmə 1301-ci ildə olsa da 1660, 1995 və 2001-ci illərdə kükürd püskürtüsü qeydə alınmışdır.
İstinadlar
Kateqoriya:İtaliyadakı vulkanlar Kateqoriya:Sönmüş vulkanlar Kateqoriya:Günbəzli vulkanlar Kateqoriya:Zirvə hündürlüyü 1000 m-ə qədər