Kamal Ağahüseyn oğlu Xudaverdiyev () — Azərbaycan Respublikasının xalq artisti (1991). "M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 may 1991-ci il tarixli 217 nömrəli Fərmanı Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri.

Kamal Xudaverdiyev aktyor kimi geniş mənada lirik psixoloji üslublu məktəbin nümayəndəsi idi. Aktyor ən parlaq rollarını məhz həmin janrlı əsərlərin tamaşalarında qazanıb.

Həyatı Xudaverdiyev Kamal Ağahüseyn oğlu 3 may 1938-ci ildə Bakıda doğulub.

1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb. Arada qısa fasiləni çıxmaqla yalnız Akademik teatrda işləyib.

Müxtəlif illərdə "Azərbaycanfilm" kinostudiyasında "İstintaq davam edir" (Çingizov), "Ən vacib müsahibə" (Həsənov), "Dağlarda döyüş" (Rüstəmov), "Nəsimi" (Yusif), "Abşeron" (Əli), "Üzü küləyə" (kombinat müdiri), "Adanı özünlə apara bilməzsən" (ata), "Otel otağı" (alim), "Dədə Qorqud" (ata) filmlərində xaraktercə fərqli obrazlara çəkilib.

Kamal Ağahüseyn oğlu Xudaverdiyev teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 22 may 1991-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.

23 aprel 2008-ci ildə ürək çatımazlığından vəfat edib. Prezident təqaüdçüsü idi.

Teatrda Bu illər ərzində aşağıdakı rolları oynayıb: Raul ("Orlean qızı" Fridrix Şiller), Fərman ("Yalan" Sabit Rəhman), Lətif ("Söz yarası" Qeybulla Rəsulov), Aslan ("Kəndçi qızı" Mirzə İbrahimov), Laert ("Hamlet" Vilyam Şekspir), İbad ("Almaz" Cəfər Cabbarlı), Aslan ("Kəndçi qızı", Mirzə İbrahimov), Otar ("Qəribə oğlan"), Kamandar ("Bağlardan gələn səs"), Kərim bəy ("Tənha iydə ağacı"), Knyaz ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Maqduf ("Maqbet", Vilyam Şekspir) Kral Lir ("Kral Lir", Vilyam Şekspir), Denni ("Qızıl", Y. O`Nil), Sezar ("Kölgələrin oyunu", Y. Edlis), Şah Edip ("Şah Edip", Sofokl), Çingizxan ("Sokratı anma gecəsi", Ç. Aytmatov və M. Şahanov), Loğman ("Yollara iz düşür"), Ulu əcdad ("Hara gedir bu dünya?"), Salman Tahirov ("Cəzasız günah"), Aqşin ("Dar ağacı", Bəxtiyar Vahabzadə), Süpürgəçi ("Ah Paris.. Paris…", Elçin), Murtuza Muxtarov ("Mesenat", Əli Əmirli).

Aktyor teatrdan əlavə Azərbaycan Dövlət Televiziyasında da hazırlanan tamaşalarda çoxlu obrazlar ifa etmişdir: İlyas Əfəndiyevin "Atayevlər ailəsində" (İldırım), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Cavanşir bəy), Mehdi Hüseynin "Alov" (Qaşqay), Əlibala Hacızadənin "Yadigar" (Müəllim), Nazim Hikmətin "Bayramın son günü" (Firuz) və "Şöhrət və ya unudulan adam" (doktor), Elçin Mehrəliyevin "Yurd yeri" (Mahal kişi),

Filmoqrafiya Alov (film, 1979) (tammetrajlı televiziya tamaşası) — rol: Cəlal Qaşqay Apardı sellər Saranı (film, 1996) At ilinin birinci ayı (film, 1993) Atayevlər ailəsi (film, 1978) (İldırım) Bayramın Son Günü (Firuz) Birisigün, gecəyarısı... (film, 1981) — film səsləndirən: Pçelintsev (Yuozas Budraytis) Bizim qəribə taleyimiz (film, 2005) Dağıdılmış körpülər (film, 1996) Dağlarda döyüş (film, 1967) — rol: Baş leytenant Rəhimov De ki, məni sevirsən! (film, 1977) — film səsləndirən: Sürücü (Gümrah Rəhimov) Dədə Qorqud (film, 1975) — rol: Bəybecan/film səsləndirən: Qaraca Çoban (Elçin Məmmədov) Əlvida, cənub şəhəri (film, 2006) Ən vacib müsahibə (film, 1971) — rol: Həsənov Gözlə məni (film, 1980) — film səsləndirən: Kanuryov (Valeri Malışev) İflas (film, 2004) İstintaq davam edir (film, 1966) — rol: Çingizov) İtkin gəlin (film, 1994) Qanlı zəmi (film, 1985) — film səsləndirən: Tunc Vəli (Gümrah Rəhimov) Qara gölün cəngavərləri (film, 1984) — film səsləndirən: Qulu (Həşim Qadoyev) Qatır Məmməd (film, 1974) — film səsləndirən: Əhəd (Səməndər Rzayev) Qəzəlxan (film, 1991) — rol: Qafarzadə Qırmızı qar (film, 1998) Mənim ağ şəhərim (film, 1993) — rol: Baş həkim Nəsimi (film, 1973) — rol: Yusif Od içində (film, 1978) — film səsləndirən: İlyaşeviç (Anatoli Falkoviç) Otel otağı (film, 1998) — rol: Erol bəy Oyunçu (film, 2008) Özgə ömür (film, 1987) — film səsləndirən: Rüfət (Əli Haqverdiyev) Sarıköynəklə Valehin nağılı (film, 1980) — rol: Muradzadə Səmt küləyi (film, 1973) — rol: Quldur Son arzu (film, 2003) Şahid qız (film, 1990) — film səsləndirən: Polkovnik (Həsənağa Turabov) Şərqin Səhəri (Cavanşir bəy) Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980) — rol: İlyas Tətil (film, 1991) Ulduzlar sönmür (film, 1971) Unudulan adam (film, 1987) (Doktor) Üzü küləyə (film, 1977) — rol: İlyas Məmmədov Vulkana doğru (film, 1977) — rol: Usta Əli Yadigar (Müəllim) Yurd yeri — rol: Mahal Yurd yeri 2 — rol: Mahal

İstinadlar

Mənbə Kamal Xudaverdiyev "Bir görüşün xatirəsi" //Mədəniyyət.- 2011.- 1 aprel.

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:"Qızıl Dərviş" mükafatı laureatları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları