İsmayıl Dağıstanlı (doğum adı: İsmayıl Yusif oğlu Hacıyev; ) — Azərbaycan aktyoru, SSRİ xalq artisti (1974), Azərbaycan SSR xalq artisti (1949).
Həyatı İsmayıl Dağıstanlı 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində doğulub. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. Bakı Teatr Texnikumunda təhsil alıb (1926–1930). 1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936–37) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932–1933). left|thumb|İsmayıl Dağıstanlı (ayaq üstə soldan 3-cü) C. Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının yaradıcı heyəti ilə, 1937-ci il 1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində V. İ. Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb. Sənətdə qazandığı uğurlarına görə respublikanın əməkdar artisti, xalq artisti fəxri adlarınına layiq görülüb. Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramındakı Böyük bəy rolu üçün 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub. Ömrünün son illərində Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Bir neçə aktyor və teatr haqqında kitabları nəşr olunub.
İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə vəfat edib.
Təltif və mükafatları "Stalin" mükafatı (2-ci dərəcə) — 1948 Azərbaycan SSR Dövlət mükafatı — 1972Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1972-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1972-ci il tarixli Qərarı — anl.az saytı "Lenin" ordeni — 22 iyul 1949; 27 oktyabr 1967 "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959 "Xalqlar Dostluğu" ordeni — 12 yanvar 1977 "Qafqazın müdafiəsinə görə" medalı — 1944 "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1946
Fəxri adları SSRİ xalq artisti" — 11 iyul 1974İ. Y. Dağıstanlıya (Hacıyevə) SSRİ xalq artisti fəxri adı verilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 iyul 1974-cü il tarixli Fərmanı — anl.az saytı Azərbaycan SSR xalq artisti — 21 iyul 1949 Azərbaycan SSR əməkdar artisti — 23 aprel 1940
Filmoqrafiya Abbas Mirzə Şərifzadə (film) (qısametrajlı sənədli film) (Aztv) (filmdə iştirak edən) Ağasadıq Gəraybəyli (film, 1974) Axşam konserti (film, 1948) Böyük dayaq (film, 1962) Koroğlu (film, 1960) Kölgələr sürünür (film, 1958)-Zahidov Qara daşlar (film, 1956) Qatır Məmməd (film, 1974) Səbuhi (film, 1941) Sovet pəhləvanı (film, 1942) Sualtı qayıq "T-9" (film, 1943)
İstinadlar
Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:Qax rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Kateqoriya:XX əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı şəxsləri