Lalə Bağıyeva (d. 13 yanvar 1986) — azərbaycanlı voleybolçu.

Həyatı və karyerası Lalə Bağıyeva 13 yanvar 1986-cı ildə doğulmuşdur. 2007–2008-ci illərdə "Rabitə", 2008–2009-cu illərdə "Azərreyl", 2009–2011-ci illərdə "Lokomativ Bakı", 2011–2012-ci illərdə isə "Bakı" klubunda çıxış edərək Avropa turnirlərində iştirak etmişdir. 2011-ci ildə qısa müddət "Şirvan" klubunun oyunçusu olmuşdur. Sonuncu dəfə "Lokomotiv Biləcəri" klubunun heyətinə qatılmışdır.

2008–2012-ci illərdə Azərbaycan milli komandasının heyətində çıxış etmişdir. O, 2009 və 2011-ci illərdəki Avropa çempionatlarında Azərbaycanı təmsil etmişdir.

Xüsusiyyətləri Lalə Bağıyevin boyu 165 santimetrdir. Libero mövqeyində çıxış etmişdir.

Uğurları Azərbaycan Superliqası (gümüş medal) – "Rabitə" (2007/08), "Azərreyl" (2008/09), "Lokomativ Bakı" (2009/10) Avropa Çağırış Kuboku (gümüş medal) – "Lokomativ Bakı" (2010/11), "Bakı" (2011/12)

İstinadlar