Mahmud xan Hüseyn xan oğlu Poladen (1868-1928) — Azərbaycan əsilli İran Kazak diviziyasının polkovniki.
Həyatı Mahmud xan Poladen 1868-ci ildə İran Kazak diviziyasının zabiti Hüseyn xanın ailəsində anadan olmuşdu. Əslən Naxçıvanlıdır. O, Hərbi məktəbdə oxumuşdu. İranda "Qazaqxana" deyilən kazak briqadasında xidmətə başlamışdı. Məşrutə hərəkatına qarşı çıxmışdı.
Mahmud xan Poladen 1919-cu ildən sonra Rza xan Sipəhi dəstəkləmişdi.
Mahmud xan Poladen Rza şaha qarşı hazırlanan sui-qəsddə iştirak etmişdi.
Mahmud xan Poladen 1928-ci ildə güllələnib.
Mənbə Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
İstinadlar
Həmçinin bax İran Kazak diviziyası
Xarici keçidlər
Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:İran generalları Kateqoriya:İran Məşrutə inqilabının əleyhdarları