Füzuli İsmət oğlu Hüseynov () – Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti.

Həyatı Füzuli Hüseynov 9 sentyabr 1962-ci ildə Balakən rayonunda anadan olub. 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülmüşdür.

Burada çalışdığı illər ərzində F. Hüseynov bir çox müxtəlif janrlı əsərlərdə maraqlı obrazlar yaratmaqla, öz istedadını büruzə vermişdir.

O V. Səmədoğlunun "Yayda qartopu oyunu"nda Adil, İ. Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı"nda Ayaz Turan, "Bizim qəribə taleyimiz"də Samir, "Şeyx Xiyabani"sində Şeyx Xiyabani, F. Q. Lorkanın "Qadın faciəsi"ndə Viktor, Anarın "Təhminə və Zaur"unda Spartak, S. Rəhmanın "Yalan"ında Şamil, N. Xəzrinin "Gecə döyülən qapılar"ında Səfər, V. Şekspirin "Kral Lir"ində Edmond kimi sanballı rollar silsiləsi yaradaraq, tamaşaçı rəğbətini qazanmış, onun sevimli sənətçisinə çevrilmişdir.

Akademik Milli Dram Teatrındakı fəaliyyəti ilə paralel olaraq, F. Hüseynov "Azərbaycanfilm"in istehsal etdiyi bir neçə filmdə də çəkilmişdir. "Təhminə"dəki Spartak, "Bəyin oğurlanması"ndakı Elxan, "Ölülər"dəki Mirzə Cəlil və s. bu kimi obrazlar aktyorun yaradıcılıq imkanlarının geniş diapazonunu bir daha təsdiqləyir.

F. Hüseynov Azərbaycan Televiziyasında çəkilmiş ilk teleseriallarda klassik milli, türk və dünya dramaturgiyasının nümunələrindən olan "Yad qızı", "Kamança", "Ortabab amerikalı qadın", "Dədə Qorqud", "Sonuncu şahid", "Kimdir haqlı?" və başqa tamaşalarda maraqlı obrazlar qalereyası, dolğun xarakterlər, və ən başlıcası, yaradıcılıq imkanlarının çoxşaxəliyini aça bilmişdir.

Sonralar səhhəti ilə bağlı F. Hüseynov sənətdən ayrı düşmüş, lakin 2004-cü ilin aprel ayından yenidən Akademik Milli Dram Teatrına qayıtmışdır.

N. Hikmətin "Yusif və Züleyxa"sında Yusif, V. Şekspirin "Antoni və Kleopatra"sında Antoni obrazlarını. M. Fərzəlibəyovun quruluşunda hazırlanmış "Misir gecələri" tamaşasında oynamışdır.

30 aprel 2014-cü ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 9 may 2024-cü ildə, 8 may 2025-ci ildə və 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.

Teatr səhnəsindəki rolları

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Tamaşanın adı Rol Tarix Rejissor Müəllif Teleskop Kişi 11 may 2011 Kamran Şahmərdanov Elçin Generalın son əmri general 19 sentyabr 2014 Ramiz Həsənoğlu Vaqif Səmədoğlu Sinif yoldaşları Viktor Çermetov Azərpaşa Nemət Yuri Polyakov Sənsiz Tərlan 16 noyabr 2023 Nihad Qulamzadə Şıxəli Qurbanov

Filmoqrafiya Bəyin oğurlanması (film, 1985) Cavid ömrü (film, 2007) Qapalı orbit (film, 1984) Qızlar (film, 2007) Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013) Müqəddəs oda yanaram (film, 1991) O dünyadan salam (film, 1991) Satko Sənsiz (film, 1989) Sirr (serial, 2012) Sonuncu şahid (film, 2004) Təhminə (film, 1993) Unudulan adam (film, 1987) Yad qızı (film, 1990) Xeyirlə şərin rəqsi (film, 2015) Dirilən Adam(teleserial) Akinak (film, 2026)

İstinadlar

Mənbə Füzuli Hüseynov

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Balakəndə doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları