Xuraman Zeynal qızı Abbasova () — Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı
Həyatı Xuraman Zeynal qızı Abbasova 31 dekabr 1927-ci ildə Ağdam rayonunun İsmayilbəyli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə erkən başlamış, rayonun Əli Bayramov adına sovxozunda çalışmış, gənc yaşlarından əmək fəaliyyəti ilə yanaşı təhsilini də davam etdirmiş, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib alim-aqronom ixtisasına yiyələnmişdir.
Xuraman Abbasova yaşını üç il qabağa çəkdirmiş, Kommunist Partiyasına qəbul olunmuşdur. Sessiyaların birində "ermənilərin Qarabağa qonaq gəlməsini" söyləməsindən, Xudu Məmmədovun dəfnində fəal iştirakına görə partiya rəhbərliyi ilə aralarında narazılıq olmuşdu.
O dəfələrlə Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuşdur.
Onun barəsində 2 seriyalı sənədli film çəkilmişdir.
Xuraman Abbasova 1998-ci ilin 26 yanvarında ölmüşdür. Qəbri Fəxri xiyabandadır.
Övladları Mahirə həkim, Şəfəq hüquqşünas, Aida şərqşünasdır. Oğlu Mehdi 9 yaşında olarkən avtomobil qəzasında vəfat etmişdir. Beş oğlan, üç qız nəvəsi vardır.
Fəaliyyəti Xuraman Abbasova bir müddət Əli Bayramov adına sovxozun direktoru işləmiş, sonra 1969-cu ildən rayonun ən iri pambıqçılıq təsərrüfatlarından olan Lenin adına kolxozun sədri vəzifəsinə təyin olunmuşdur.. 20 ilə qədər sədrlik etdiyi müddətdə kolxoz dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin keçici qırmızı bayraqlarına, mükafatlara layiq görülmüşdür.
Qarabağ münaqişəsindəki fəaliyyəti Xuraman xanım Qarabağ müharibəsi Qarabağın azərbaycanlı əhalisinin hərtərəfli təminatını təşkil etmiş, Qarabağa yük karvanları aparmışdır. Xuraman Abbasova Milli Ordunun yaranmasında fəal iştirak etmiş, yeni yaranan Azərbaycan Ordusunun fonduna 100 min rus rublu (110 000 dollar) keçirmişdir.
1988-ci ildə Ağdam hadisələri zamanı Xuraman Abbasova hamı görsün deyə maşının kuzovuna qalxmış, öz kəlağayısını azərbaycanlı və erməni kişilərən ayaqları altına atmışdır. Bundan sonra onlar kəlağayını tapdayıb keçməmiş, uzun müddət olduqları yerdə dayanmışdılar."Vahabzadə"> Abbasova Xankəndindən Əsgəran tərəfə yönələn insanları rus tanklarının altına düşməkdən qorumuşdu. Həmin günlərdə onun, Rayon partiya komitəsinin birinci katibi Sadıq Murtuzayev, Mərkəzi komitə katibləri Telman Orucov, Həsən Həsənov, Seyid Lazım Ağanın səyi ilə ilk münaqişənin qarşısı alınmışdır. Xuraman Abbasovanın sülhpərvər addımı ölkə daxilində daha çox qınanmışdır, lakin ölkə xaricində sülh üçün atılmış cəsarətli bir addım kimi qiymətləndirilmişdir. Keçmiş SSRİ-də bu hadisə olduqca müsbət qarşılanmışdır. SSRİ şairi Yevgeni Yevtuşenko Xuraman Abbasovanın bu addımından ilhamlanaraq ona "Örpək" adlı şeir həsr etmişdir. Платок Bəxtiyar Vahabzadə onun heykəlinin ucaldılmasını təklif etmişdir.<ref name>"Vahabzadə" />
Mükafatları Xuraman Abbasova üç dəfə SSRİ-nin yüksək mükafatı olan Lenin ordeni, Oktyabr İnqilabı və Şərəf Nişanı ordenləri ilə təltif edilmiş, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər Xuraman Abbasova haqqında sənədli film
Kateqoriya:SSRİ Ali Sovetinin deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Ağdam Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri Kateqoriya:Kolxoz sədrləri