Qılman Balaməmməd oğlu Salahov () — azərbaycanlı kamançaçalan, bəstəkar, dirijor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcılarından və ilk rəhbərlərindən biri.

Bioqrafiya Qılman Salahov 16 mart 1906-cı ildə anadan olmuşdur. O, 1922–1926-cı illərdə Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbində, daha sonra isə musiqi texnikumunda kamança sinfində oxumuşdur. Üzəyir Hacıbəyovun təşkilatçılarından olduğu və 1939-cu ildə Moskvada keçirilən xalq çalğı alətləri ifaçılarının I Ümumittifaq müsabiqəsinin laureatıdır. 1931-ci ildən Üzəyir bəy Hacıbəyovun dəvəti ilə xalq çalğı alətləri orkestrində fəaliyyət göstərmiş, 1938–1964-cü illərdə illərdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının mahnı və rəqs ansamblının bədii rəhbəri olmuşdur. Ansambl üçün bir sıra mahnılar və rəqslər hazırlamışdır. Bunlar arasında "Nəlbəki" və "Naz eləmə" rəqsləri var. Qılman Salahov 1974-cü ildə vəfat etmişdir.

Təltif və mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 27 aprel 1940 2 dəfə "Şərəf nişanı" ordeni — 25 fevral 1946, 9 iyun 1959

İstinadlar

Kateqoriya:SSRİ kişi bəstəkarları Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:SSRİ dirijorları Kateqoriya:Azərbaycan dirijorları Kateqoriya:Azərbaycan kamança ifaçıları Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri