Rafiq Mahmud oğlu Mehdiyev () — Azərbaycan xalq rəssamı (qrafik), professor, Azərbaycan Rəssamlıq İttifaqının qrafika bölməsinin sədri, prezident təqaüdçüsü.
Həyatı Rafiq Mehdiyev 1933-cü ildə iyunun 10-da Naxçıvan MR Şahbuz rayonunda anadan olmuşdur. Orta təhsili Bakıda 31 saylı məktəbdə almış, Ə. Əzimzadə adına rəssamlıq texnikumunu (1948–1953), Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika fakültəsini (1953–1958) bitirmişdir. Əmək fəaliyyətini Ə. Əzimzadə adına rəssamlıq texnikumunda müəllim (1962), sonra M. Əliyev adına A D İ İ-da dekan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim vəzifəsində çalışmışdır.
Onun yaradıcılığında dəzgah qrafikası mühüm yer tutur. Rafiq Mehdiyevin "Axşam" və "Səhər" (1970-ci illər) adlı ofortlarında lirik kənd mənzərəsi əks olunur. Onun linoqravüra texnikasında yaratdığı əsərlər maraq doğurur. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə rus yazıçısı N. Poqodinin "Silahlı adam", eləcə də M. İbrahimovun "Gələcək gün" romanına çəkdiyi linoqravüralar nümayiş etdirilib. Rafiq Mehdiyev monotipiya texnikasında bir sıra əsərlər də yaradıb. Onların içərisində "Kənd", "Uşaqlar", "Qadın uşaqla birlikdə", "Bazarda", "Bir cərgə", "Son gün", "Güllələnmə", "Bir cərgə", "Yağışdan sonra" tablolarının adlarını qeyd etmək olar.
Rəssam dəzgah qrafikası ilə yanaşı, bir-birindən gözəl və maraqlı rəngkarlıq nümunələrinin də olduğunu söyləyən natiqlər diqqətə çatdırıblar ki, Rafiq Mehdiyevin "Əməyə eşq olsun" respublika bədii sərgisində "Üzümyığanlar", "Təzə xəbər", "İstirahət", "Natürmort" tabloları uğurla təqdim edilib.
1980-ci ildə əməkdar rəssam (18.12.1980)Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin müəllimlərinə respublika fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 dekabr 1980-ci il tarixli Fərmanı — anl.az saytı, 1988-ci ildə dosent, 1992-ci ildə isə professor və xalq rəssamı fəxri adına layiq görülmüşdür. 2003-cü ildən isə prezident təqaüdçüsü olmuşdur. Mehdiyev Rafiq bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Rəssam 2009-cu ildə Bakıda vəfat etmişdir.
Həmçinin bax Şair Tofiq Mahmudun, kinorejissor Hüseyn Mehdiyevin qardaşı, rəssam Rəşad Mehdiyevin atası, heykəltaraş İmran Mehdiyevin babasıdır.
İstinadlar
Xarici keçidlər Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin deputatları Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XX əsr Azərbaycan rəssamları Kateqoriya:XXI əsr Azərbaycan rəssamları