Məhəmmədtağı Bahar () — İran şairi, Məlikəşüəra, Məşrutə hərəkatının üzvü.
Həyatı Məhəmmədtağı Bahar 6 noyabr 1886-cı ildə Xorasanda, Məşhəd şəhərində anadan olmuşdu. Anası İran gürcülərindən idi.İranın müasir ədəbinin tanınmış şəxsiyyətləri,toplanması və tədqiqatı:Əli Mir Ənsari, 2-ci cild, Tehran:İranın Milli Arxivlər Təşkilatı,3-cü səh Mükəmməl mədrəsə təhsili almışdı. Atası Mirzə Kazım şair idi. Səburi təxəllüsü ilə tanınmışdı.
Məhəmmədtağı Bahar təxəllüsü ilə şeirlər yazırdı. Müzəffərəddin şah Qacar ona Məlikəşüəra ləqəbini verdi.
Məhəmmədtağı Bahar 22 aprel 1951-ci ildə Tehranda vəfat edib.
Yaradıcılığı Hey İranlılar, İran bəla içindədir. Daryuşun məmləkəti Nikolayın əlindədir. Mülkün mərkəzi əjdərhanın ağzındadır. İslamın qeyrəti hanı milli harəkət hardadır? Ey rəşid insanlar! bu susqunluq niyə. İran sizindir, İran sizin.
Hey İranlılar! Dustaqlığınızı görək, İngilislərlə rusların pənçəsində. Sanki bu arada kabus görmüş kimisiniz. Hər iki tərəfdən götürülür namusunuz, sərvətiniz. Namus və mal uğrunda mübarizə rəvadır. İran sizindir, İran sizin.Divani Məhəmmədtağı Bahar, s. 257–258.
Mənbə Mirzə Məhəmmədtağı Bahar: Şeiriyyətdən siyasətə qədər
İstinadlar
Kateqoriya:İran şairləri Kateqoriya:İran gürcüləri Kateqoriya:İran Məşrutə inqilabının tərəfdarları Kateqoriya:Zahirəddövlə qəbiristanlığında dəfn olunanlar Kateqoriya:XX əsr İran tarixçiləri Kateqoriya:İran siyasətçiləri Kateqoriya:İran nazirləri Kateqoriya:İranda siyasi məhbuslar Kateqoriya:XX əsr İran siyasətçiləri