Noyşvanştayn qəsri (, , ) — Almaniyada, Bavariya vilayətinin cənub-Qərbində, Füssen şəhərinin Hohenşvanqau kəndi ərazisində, hündür, sıldırımlı təpənin zirvəsində yerləşən XIX əsrdə inşa olunmuş neoroman üslublu qəsr-saraydır. Qəsr Bavariya kralı II Lüdviqin sifarişi ilə kral iqamətgahı olaraq və Rixard Vaqnerin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilmişdir. Qəsrin inşası üçün lazım olan məbləğ Bavariya büdcəsindən deyil, II Lüdviqin şəxsi büdcəsindən ödənmişdir.

Həyata küskün kralın sığınacağı kimi inşa edilmiş qəsr, onun ölümündən sonra, 1886-cı ildə ictimai ziyarətə açılmışdır. Həmin dövrdən 60 milyondan artıq insan Noyşvanştayn qəsrini ziyarət edib. İl ərzində ortalama 1.3 milyondan çox ziyarətçisi olan abidə, yay günlərində bəzən gün ərzində 6000 ziyarətçi qəbul edir. Bir neçə filmin çəkiliş meydanı da olmuş qəsr Disneylandin Yatmış gözəl qəsrinin və sonrakı oxşar tikililərin də ilham mənbəyi olmuşdur.

Tarixi

Konsepsiya və mədəni əsas

Noyşvanştayn Romantisizm () adlandırılan müasir memarlıq dəbinin və II Lüdviqin Rixard Vaqnerin operalarına olan sonsuz entusiazmının göstəricisidir.

XIX əsrin sonlarında bir çox qalalar və qəsrləri daha baxımlı etmək üçün yenidənqurma işləri aparılmağa başlanmışdır. Alman dövlətlərində Noyşvanştayna oxşar saray binası layihələri Hohenşvanqau qəsri, Lixtenşteyn qalası, Hohenzollern qalası və Reyn sahili ərazidə Stolzenfes qəsri kimi bir neçə layihə həyata keçirilmişdir. Noyşvanştayn qəsrinin inşa edilməsi layihəsi 1867-ci ildə edilmiş iki səfər zamanı Eysenax yaxınlığında Vartburq qəsrinin və Yugen Viollet-le-Dukun layihəsi əsasında Pierrefonds qəsrinin tarixi xarabalıqdan saraya çevrilməsi prosesinin müşahidə olunmasından sonra meydana gəlmişdi.Bu səfərlər zamanı homoseksual kral əmiqızısı hersoginya Sofiya Şarlotta ilə nişanlanmış və yanvar ayında bu xəbər ictimayətə açıqlanmışdı, lakin, oktyabr ayında nişan ləğv edilmişdi.

Kral görür ki, hər iki bina onun dostu olan bəstəkar Rixard Vaqnerin operalarındakı orta əsrlərin romantik qalalarını xatırladır. Vaqnerin Tenheyzer və Loenqrin operaları kralın qəsrin inşası haqqında son qərarı verməsinə təsir edir.

1868-ci ildə babası I Lüdviqin ölümündən sonra II Lüdviqə böyük bir miras qalır.1848-ci il inqlabından və Lola Montezin qalmaqallı açıqlamasından sonra Kral I Lüdviq oğlu I Maksimilyanın varisliyi məsələsindən əl çəkir. Bu miras Münixdən uzaqda olan ailə torpağında sırf ailə mülkü olacaq bir bina inşa etmək və burada orta əsrlərə xas həyat sürmək arzusunu gerçəkləşdirmək üçün Lüdviqə memarlıq layihəsinə başlamağa təkan verir.

Binanın dizaynı səhnə quruluşçusu Kristian Cenk tərəfindən işlənmiş, memar Eduard Riedel tərəfindən isə inşa edilmişdir. Texniki səbəblərə görə xaraba qalanın qəsrin planına daxil edilməsi mümkün olmamışdır. Qəsrin inşası ilə bağlı ilkin layihədə onun stilistik baxımdan Nyuremberq qalasına oxşaması nəzərdə tutulmuş, Vorderhohenşvanqau qalasındakı qədim saray kimi sadə olması təklif edilmişdi, lakin, həmin layihə kral tərəfindən qəbul edilmir, əvəzinə daha geniş, dəbədəbəli sarayla tamamlanan və Vartburq qalası formalı bir layihə hazırlanır. Kral hər bir xırdalıqdan xəbərdar olmaq və işə nəzarət etmək üçün israrla detallı plan tələb edir. Onun nəzarəti o səviyyəyə çatır ki, qəsri memarlarla yanaşı, kralın da yaradıcılıq işi hesab edirlər. right|300px|thumb|Noyşvanştayn layihəsinin şəkli, Kristian Cenk, 1869. Müasir memarlıq tədqiqatçıları Noyşvanştaynı XIX əsrin ən böyük saray tikililərindən biri hesab etsələr də, kitç olaraq Noyşvanştayn və II Lüdviqin digər binaları Avropa historisizminin əsas nümunələri hesab edilirlər. Maddi problemlər səbəbiylə oxşar layihələr olan Noyşvanştayn və Falkenştayn qalaları planlaşdırılmış səviyyədə tamamlanmamışdır.

Saray XIX əsrin tipik memarlıq nümunəsi kimi dəyərləndirilir. Qəsrin memarlığında Neoroman (kuboidlər kimi sadə geometrik fiqurlar və yarımdairəvi arkalar), Qotik (şiş ucluqlar, zərif qüllələr, incə naxışlar) və Bizans memarlıq üslubları və incəsənətindən (Taxt zalının interyeri) istifadə olunmuş və onlar XIX əsr texnikası ilə birləşdirilmişdir. Yerli Leftlmalerey stilində çəkilmiş Bavariya patronası və Müqəddəs Georqun freskaları saray binasının əsas fasadını bəzəyir. Həmin freskaların texnikası Allqau evlərinin tipik freska texnikası olsa da, Cəngavərlər Evinin qalereyası sanki Art Nevü üslubunun erkən elementlərini əks etdirir. Noyşvanştaynın bəzək təsvirləri üçün teatr səhnələri xarakterikdir: Kristian Cenk həmin dövr üçün nadir sayılan kulissa (slayd formalı) təsvirlərdən istifadə etmişdir.

İlkin olaraq qəsrin neoqotik stildə inşası planlaşdırılsa da, yekunda qəsr neoroman üslubunda inşa edilmişdir. Qəsrdə Tanheyzer və Loenqrin mövzuları tədricən Parsifal mövzularına keçir.

II Lüdviqin ölümündən sonra left|300px|thumb|Noyşvanştayn 1886-cı ildə 1886-cı ildə II Lüdviq öldüyü zaman Noyşvanştayn hələ yarımçıq idi. Kral heç vaxt qəsrin kütlə üçün əlçatan olmasını planlaşdırmamışdı. Lakin kralın ölümündən altı həftə sonra, regent olan şahzadə Luitpold qəsrin kütlənin ziyarətinə açılması qərarını vermişdir. II Lüdviqin əmlak idarəçisi qəsrin 1899-cu ilə kimi tamamlanmasına çalışmışdır. Həmin dövrdən Birinci Dünya müharibəsinə qədər, Noyşvanştayn qəsri Vittelsbax sülaləsinin stabil və xeyirli gəlir mənbəyi olmuşdur ki, bu baxımdan Noyşvanştayn Lüdviqin binaları arasında 1914-cü ilin əvvəllərinə kimi Bavariya kral ailəsinə ən çox gəlir gətirən tikilidir. Ziyatətçilərin səfərini daha maraqlı etmək üçün, ilk öncə sarayın əsas otaqları tamamlanmışdı. İlk dövrlərdə ziyarətçilərin sərbəst hərəkətinə də icazə verilmişdi.

1918-ci ildə Bavariya respublika elan edildikdən sonra, qəsr ictimai yerlərin siyahısına salınmışdı. Vittelsbax sülaləsi ilə aparılan danışıqların nəticəsi olaraq Noyşvanştayn da daxil olmaqla II Lüdvikin bütün qəsr və sarayları dövlətin idarəsinə keçdi və bu günə kimi də Bavariya Dövlət Saray, Bağ və Göllər İdarəsi tərəfindən idarə olunur, gəlirləri isə Bavariya Maliyyə Nazirliyi tərəfindən qəbul edilir. Hohenşvanqau qəsri yaxınlığında yaradılmış Vittelsbax Kompensasiya Fondu ilə Vittelsbax sülaləsini gəlirlə təmin edir. Ziyarətçi sayı getdikcə artaraq 1939-cu ildə artıq 200.000 nəfərə çatmışdı.

Əlçatmaz mövqedə yerləşən qəsr İkinci dünya müharibəsini heç bir zədə almadan keçirə bilmişdir. 1944-cü ilə kimi qəsr Nasist partiyasının törəməsi olan İşğal Olunmuş Ərazilər üçün Reyxsleyter Rozenberq İnstitutunun (Einsatzstab Reichsleiter Rosenberg für die Besetzen Gebiete) nəzarəti altında olmuş və Fransadan qarət olunmuş incəsənət əsərlərinin saxlandığı anbar kimi istifadə edilmişdir. Burada saxlanan əsərlərin şəkilli kataloqu da hazırlanmışdı. İkinci dünya müharibəsi başa çatdıqdan sonra qəsrdəki saraydan 39 kataloq-albom aşkarlanmışdır ki, həmin kataloqlarda da nasistlər tərəfindən oğurlanmış sənət əsərləri yer almışdı. Hazırda həmin kataloqlar ABŞ Milli Arxivində saxlanılır. right|thumb|300px|Noyşvanştayn 1900-cü ildə (fotoxrom nəşr) 1945-ci ilin aprelində, SS qəsrin və orda saxlanılan incəsənət əsərlərinin ziyan görməsinin qarşısını almaq üçün xüsusi plan hazırlamışdı. Lakin SS Birləşmiş qüvvələrlə təslim müqaviləsi imzaladığından plan həyata keçirilməmiş və qəsr Almaniyanı işğal etmiş Birləşmiş qüvvələrin hakimiyyətinə təhvil verilmişdir. Bundan sonra, Münixin əsas hökumət binaları bombardman zamanı dağıdıldığından, Noyşvanştaynın bəzi otaqları Bavariya dövlət arxivlərinin müvəqqəti saxlanması üçün istifadə edilmişdir.

Noyşvanştayn Romantisizm dövrünün simvollarından biridir. Qəsrdəki saray Disneylandin Yatmış Gözəl qalası üçün model olmaqla yanaşı, Helmut Koytnerin "II Lüdviq", Lukino Viskontinin "Lüdviq" və "Çitti Çitti Benq Benq" filmlərinin çəkiliş məkanı da olmuşdur. 1977-ci ildə Noyşvanştayn qəsri Qərbi Almaniya dövlətinin poçt markası üzərində təsvir edilmiş, 2012-ci ildə isə Almaniya Bundeslanderi üzərində Noyşvanştaynın təsviri olan 2 avroluq xatirə sikkələri buraxmışdır. 2007-ci ildə qəsr Dünyanın Yeni Yeddi Möcüzəsi səsverməsinin finalçılarından biri olmuşdur. Qəsr UNESCO-nun Dünya mədəni irsi siyahısına daxil edilməmişdir. Lakin, 2009-cu ildə Noyşvanştaynın Lüdviqin Linderof və Herrenximze sarayları və Rumınyadakı iki oxşar qəsr Peleş və Pelişor qəsrləri ilə birgə UNESCO-nun siyahısına salınması müzakirə olunmuşdu.

Bu gün ildə 1,3 milyondan çox turist qəbul edən Noyşvanştayn Avropanın ən məşhur turistik bölgələrindən biridir. Təhlükəsizliyin təmin edilməsi üçün hazırda qəsri yalnız 35 dəqiqəlik turlar vasitəsiylə ziyarət etmək mümkündür. İyundan avqusta kimi davam edən pik dövrdə Noyşvanştayn gün ərzində 6000 ziyarətçi qəbul edir. Bilet satışı Hohenşvanqaudakı bilet satışı mərkəzindən həyata keçirilir. 2008-ci ilə kimi qəsri ziyarət edənlərin ümumi sayı 60 milyon nəfərdən çox olmuşdur. 2004-cü ildə isə qəsrin gəlirləri €6.5 milyon olmuşdur.

6 aprel 2002-ci ildə Avstriya sərhəddi yaxınlığına, Hohenşvanqau ərazisinə düşmüş meteorit qəsrin şərəfinə Noyşvanştayn adlandırılmışdır. Meteorit üç hissəyə bölünmüş şəkildə aşkarlanmışdır: Noyşvanştayn I (1,75 kq, iyul 2002) və Noyşvanştayn II (1,63 kq, may 2003) Almaniya ərazisində, Noyşvanştayn III (2,84 kq, iyun 2003) isə Avstriya ərazisində, Roytte yaxınlığında.

Yerləşməsi right|thumb|300px|Saulinq dağından (2,047 m) Şimala baxdıqda Almaniyanın Bavariya və Avstriyanın Tirol əyalətlərinin sərhəddində Forqqenze gölünün (1952) sahilində Şvanqau bələdiyyəsi, Noyşvanştayn və Hohenşvanqau qəsrləri görünür. Şvanqau bələdiyyəsi Bavariya vilayətinin cənubunda, 800 metr (2,620 fut) yüksəklikdə yerləşir. Qəsr cənuba, Avstriya sərhəddinə doğru uzanan Alp yüksəklikləri, şimalda isə sıldırım qayalıqlarla əhatələnir.

Orta əsrlərdə yaxınlıqdakı kənddən baxdıqda, bu ərazidə üç qala görünürdü. Onlardan biri Şvanştayn qalası alman dilindən təcümədə Qu quşu daşı qalası anlamını verir. adlanırdı. 1832-ci ildə, II Lüdviqin atası kral II Maksimilyan həmin qalanın xarabalıqlarını almış və yerində bu gün Hohenvanşqau qəsri kimi tanınan neoqotik sarayı inşa etdirmişdir. İnşası 1837-ci ildə tamamlanmış saray kral ailəsinin yay iqamətgahı olmuş, ailənin böyük oğlu olan Lüdviq burada doğulmuş və uşaqlığının böyük bir hissəsini burada keçirmişdir.

Vorderhohenşvanqau qalası və Hinterhohenşvanqau qalasıVorderhohenşvanqau qalası () və Hinterhohenşvanqau qalası () birlikdə Hohenşvanqau qalası () adlandırılır. Lakin, səhvən II Lüdviqin atası tərəfindən inşa etdirilmiş neoqptik qəsr də ingilis dilli mənbələrdə bu adla tanınmışdır. Hohenşvanqau hərfi tərcümədə "Yüksək Qu quşu ərazisi" anlamını verir. Şvanştayn qalasından görünən sıldırım qayalı təpə üzərində, iki qonşu gölün (Alpsi və Şvansi gölləri) və kəndin yaxınlığında yerləşirdi. Xəndəklərlə torpaqdan ayrılan qalalarda zallar, saxlanclar və möhkəmləndirilmiş qüllələr olmuşdur. XIX əsrə qoşa qalaların xarabalıqları çatsa da, Hinterhohenşvanqau qalası Silfentrum sarayının qoruyucu məntəqəsi kimi istifadə olunmuşdu.

Ailə sarayından yuxarıda yerləşən xarabalıqlar kralın gəzintisi zamanı aşkar olunmuşdu. 1859-cu ildə o, həmin xarabalığı öz gündəliyində təsvir edir. Gənc kral hakimiyyətini bir qədər gücləndirdikdən sonra, 1864-cü ildə özünün uzun müddətli saray inşaatçılığı layihələrinin başlanğıcı olaraq iki qala xarabalığı yerində qəsrin inşasına başlayır. Lüdviq qəsri Yeni Hohenşvanqau adlandırır, yalnız onun ölümündən sonra qəsr Noyşvanştayn adlandırılmağa başlayır. Karıxdırıcı nəticə odur ki, Hohenşvanqau və Şvanştayn effektiv şəkildə yerlərini dəyişmişdi: Hohenşvanqau qalası xarabalıqları Şvanstayn qalası adlandırılmış, Hohenşvanqau qalası xarabalıqları yerində isə Noyşvanştayn qəsri inşa edilmişdi.

İnşası left|thumb|400px|Noyşvanştayn qəsrinin planı