Ənvər Məmmədov (tam adı: Ənvər Nazim oğlu Məmmədov, ; ) — Azərbaycan-sovet diplomatı və jurnalisti, SSRİ Dövlət televiziya və radio yayımları komitəsi sədrinin birinci müavini (1962–1985).
Həyatı 1923-cü il 15 avqust tarixində Bakı şəhərində müəllim ailəsində dünyaya gəlmişdir. Atası, Məmmədov Nazim Rauf oğlu həbs edilmiş və 1949-cu ildə həbsxanada vəfat etmişdir. Ölümündən sonra bəraət almışdır. Anası, Olqa Alekseyevna İvanova makinaçı-kargüzar işləyirdi.
Oğlu Məmmədov Georgi Ənvəroviç fövqəladə və səlahiyyətli səfir dərəcəsində diplomatdır.
Fəaliyyəti Yeddinci sinfi bitirdikdən sonra Ənvər Məmmədov çilingər köməkçisi işləməyə başlamış, məktəbi bitirdikdən sonra isə 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunmuşdur. Lakin, tezliklə zədə ilə əlaqədar məktəbdən xaric olunmuşdur. Bundan sonra Bakıya qayıtmış və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilmişdir. Böyük Vətən Müharibəsində iştirak etmişdir.
1943-cü ildə ordudan xaric edilərək, SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləməyə göndərilmişdir. 1944–1945-ci illərdə İtaliyadakı sovet səfirliyinin mətbuat katibi işləmişdir. Nürnberq prosesi zamanı beynəlxalq tribunalın SSRİ-dən olan nümayəndələri arasında olmuşdur.
1950-ci ilin fevralınadək SSRİ xarici işlər nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 1953-cü ildə Birinci Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirmişdir.
1956-cı ilədək ABŞ, İngiltərə və Latın Amerikasına yayım üzrə Baş redaksiyanın baş redakoru vəzifəsində işləmişdir. Həmin il XİN-ə qayıtmış, 1959-cu ilədək SSRİ-nin ABŞ-dəki səfirliyində müşavir-nümayəndə (səfirdən sonra ikinci şəxs) və "USSR" jurnalının baş redaktoru vəzifəsində işləmişdir.
1959–1960-cı illərdə "Sovinformbüro"nun baş redaktoru və sədrin birinci müavini olmuşdur.
1961-ci ildə "Novosti" mətbuat agentliyi sədrinin birinci müavini və siyasi şərhçisi təyin edilmişdir.
1962–1985-ci illərdə SSRİ Dövlət televiziya və radio yayımları komitəsinin ("Qosteleradio") sədri Sergey Lapinin birinci müavini olmuşdur. Həmin vəzifədə işlədiyi dövrdə hazırda populyar olan bəzi sovet filmlərinin, o cümlədən "Baharın on yeddi anı" və "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmlərinin qadağan olunmasına mane olmuşdur. 1964-cü ilin avqustunda Aleksandr Yakovlevlə birlikdə "Mayak" radiosunun yaradılmasında iştirak etmişdir. Bu radio SSRİ-də yayımlanan qərb radioları ilə rəqabət aparmaq üçün yaradılmışdı.Ənvər Məmmədov: 100 illik tarix bir şəxsin taleyində
1986–1992-ci illərdə "Novosti" mətbuat agentliyinin siyasi şərhçisi, RİA-radionun məsləhətçisi işləmişdir.
90 yaşı olmasına baxmayaraq, o, "RİA Novosti" agentliyində baş redaktorun məsləhətçisi kimi çalışırdı. İngilis, alman, italyan və fransız dillərini bilirdi. Ənvər Məmmədov 7 sentyabr 2023-cü ildə 100 yaşında vəfat etmişdir.Ənvər Məmmədov 100 yaşında vəfat etdi 11 sentyabrda Troyekurov qəbiristanlığında dəfn olunmuşdur.
Mükafatları 7 orden və 10 medalla təltif olunmuşdur.
İstinadlar
Xarici keçidlər "Kultura" telekanalında Ənvər Məmmədovun 90 illiyinə həsr olunmuş reportaj — 15. avqust 2013 Сагалаев: вся невероятная биография Энвера Мамедова — это приключения 85 лет исполнилось мэтру советского телевидения Энверу Назимовичу Мамедову Валентин Фалин: вклад Энвера Мамедова в развитие радиовещания неоценим Энвер Мамедов отмечает юбилей. Фотолента Энвер Мамедов: "Я провел Паулюса через посты американской армии" Владимир Степанюк. Вехи истории главной редакции информации ЦТ 85 лет Энверу Мамедову. Это благодаря ему мы смотрим Штирлица и "Иронию судьбы" С руководством СССР Мамедов говорил без преклонения — Эдуард Сагалаев Энвер Мамедов всегда защищал людей, с которыми работал — Шевелев Энвер Мамедов: война и наша Победа — самые значимые для меня события Нюрнберг вынес приговор фашизму Фантастический человек с невероятной биографией Егоров В.В. Телевидение: Страницы истории. Глава IV. Взгляд по верхам… телевидения
Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:SSRİ diplomatları Kateqoriya:SSRİ jurnalistləri Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:Rusiya uzunömürlüləri Kateqoriya:Azərbaycandan Rusiyaya mühacirət edənlər Kateqoriya:XX əsrin diplomatları Kateqoriya:XX əsr jurnalistləri