Mömünat Qurbanova () — aktrisa.Qurbanlı, R. Sevgilisi üçün aktrisa da oldu, muzey işçisi də... Qaçaq Nəbinin Həcəri, Ənvər Həsənovun Möminatı: [Ənvər Həsənovun həyat yoldaşı Möminat Qurbanova haqqında] //Ədalət.- 2012.- 26 dekabr.- S.8.
Həyatı Mömünat Qurbanova 1958-ci il dekabrın 8-də Bakı şəhərinin Buzovna qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Kinoya ilk gəlişi “Dərviş Parisi partladır” filmində canlandırdığı Şərəfnisə obrazı ilə olmuşdur. Həmin filmdə gələcək həyat yoldaşı, aktyor Ənvər Həsənov ilə tanış olmuşdur.
Aktrisa yaradıcılığı dövründə ümumilikdə üç bədii filmdə rol almışdır. O, həyat yoldaşı ilə birlikdə “Dərviş Parisi partladır”, “Atları yəhərləyin” (Qanlı zəmi) və “Son döyüş” filmlərində çəkilmişdir.
Mömünat Qurbanova 2008-ci il yanvarın 13-də vəfat etmişdir. Onun ölümü ailəsi ilə birlikdə Nabran istiqamətindən qayıdarkən baş verən yol-nəqliyyat hadisəsi nəticəsində olmuşdur.
Filmoqrafiya Dərviş Parisi partladır (film, 1976) Atları yəhərləyin (film, 1985) Son döyüş (film, 1996)
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları