Oliver Rolf Kan (; ) — alman futbol qapıçısı, dörd dəfə dünya və Avropanın ən yaxşı qapıçısı (1999, 2000, 2001, 2002), iki dəfə Almaniyanın ən yaxşı qapıçısı (2000, 2001), beş dəfə Bundesliqanın ən yaxşı qapıçısı (1994, 1997, 1998, 1999, 2001), 2002 FİFA Dünya Kubokunun ən yaxşı qapıçısı və futbolçusu. O, karyerasına "Karlsrue" komandası ilə başlamışdır. İlk peşəkar qarşılaşması 1987-ci ildə olmuşdur. 1994-cü ildə 4,600,000 alman markı qarşılığında karyerasına sona qədər davam edəcəyi "Bayern Münhen"-ə transfer olmuşdur.

Səkkiz Bundesliqa, altı Almaniya kuboku, bir UEFA Kuboku (1996), UEFA Çempionlar Liqası (2001), Qitələrarası kubok (2001) çempionluğu yaşayan Kan, Almaniya futbolunun tez bir zamanda yetişdirdiyi ən yaxşı futbolçularından biri olmuşdur. Fərdi oyunda göstərdiyi səylər ona ardıcıl dörd UEFA Avropanın ən yaxşı qapıçısı, üç dəfə İFFHS Dünyanın ən yaxşı qapıçısı, iki dəfə də Almaniyada ilin futbolçusu mükafatını qazandırdı. 2002 FİFA Dünya Kubokunda Qızıl Top mükafatını qazandı. Bu mükafatın ilk və tək laureatı qapıçı Oliver Kandır.

1994-cü ildən 2006-cı ilə qədər Almaniya milli futbol komandasında oynayan Kan, Andreas Köpkenin milli komandanı buraxmasından sonra sahəyə ilk 11-də çıxmağa başladı. 2002 FİFA Dünya Kubokunda komandasını finala qədər aparmışdır. Finala qədər qapıya yalnız 3 qol vurulmuşdur. Bütün bunlara baxmayaraq, finalda Braziliyaya 2–0 məğlub olduğuna görə, insanlar tərəfindən tənqidlərə məruz qaldı. Lakin turnirin ən yaxşı oyunçusu olmağı bacardı və Qızıl Top mükafatını qazana bildi.

Klub karyerası

Karlsrue FK Kan altı yaşında olarkən, atası Rolfun 1962-ci ildən 1965-ci ilə qədər forma geyindiyi Karlsrue FK komandasına daxil oldu. Qapıçı mövqeyindən əvvəl öz mövqeyindən kənar oynayırdı. Peşəkar heyətə ilk olaraq 1987–1988-ci ildə Bundesliqa mövsümündə qapıçı Aleksandr Famullanın köməkçisi olaraq daxil edildi. Liqasındakı ilk qarşılaşması 27 noyabr 1987-ci ildə oldu. Həmin matçda Koln komandasını 4–0 məğlub etdilər. 1990-cı ilədək məşqçi Unfrid Skafer onu həmişə Famullanın arxasında saxladı. Bir neçə ildən sonra Kan özünə ilk 11 şansı yaratdı. 1993–94 UEFA Kuboku yarı finallarında çıxdığı qarşılaşmada, "Karlsrue"-nin gizli oyunçusu və motivatoru olaraq diqqət çəkdi. İkinci mərhələdə Mestaliya stadionunda olan qarşılaşmada 1–3 məğlub oldular. "Karlsrue" "Valensiya"-nı 7–0 məğlub etdi. Qarşılaşma Alman mediasında "Əcnəbi park stadionunda möcüzə" olaraq adlandırıldı. Sonrakı mərhələdə komanda "Red Bull Zalsburq"-a məğlub oldu.

Bayern Münhen FK Kanın Karlsrue komandasında olan uğurları, "Bayern Münhen"-in qapıçıya olan marağını artırdı. Klub 1994–95 mövsümündə 4,600,000 alman markı (2,385,000 €) böyük ödəniş qarşılığında, qapıçını Raymond Aumanın yerinə transfer etdi. Komanda bəzi səbəblərə görə altı ay stadionlardan uzaq qaldı. Ancaq stadiona gəldiklərindən 2 ay sonra Almaniya milli futbol komandası ilə ilk qarşılaşmaya çıxdı. Bayern "Bordo"-ya 1995–96 UEFA Kubokunun finalında qalib gəlməyi bacardı. 1996–97 Bundesliqa mövsümündə qapıçı, Almaniyada ilk çempionluğunu "Bayern Münhen" komandası ilə Almaniya Liq Kubokunu əldə etdi. Bununla belə Oliver Kan karyerasında ikinci dəfə olaraq (1-ci 1994-cü ildə olmuşdur) Almaniyada ilin qapıçısı seçildi.

1999-cu ildə "Bayern Münhen" UEFA Çempionlar Liqası finalına çıxaraq Kamp Nouda "Mançester Yunayted"-in rəqibi oldu. "Bayern Münhen"-in oyunçusu Mario Basler, oyunun 6-cı dəqiqəsində qol vurmasına baxmayaraq, Teddi Şerinqam və Ole Gunnar Solsjkaer uzatma dəqiqələrində vurduğu qollar "Mançester Yunayted"-i kuboka qədər apardı. Kan həmin il Beynəlxalq Futbol Tarixi və Statistikalar Federasiyası tərəfindən "Dünyada İlin Ən Yaxşı Qapıçısı" mükafatına layiq görüldü.

Kan 3 mart 2001-ci ildə "Hansa Rostok" ilə oynadıqları qarşılaşmada özünündə içində olduğu hadisələrə görə matçdan çıxarıldı. "Bayern Münhen" 2–0 məğlub etdiyi komanda ilə oyunda olarkən, son dəqiqələrdə rəqib komanda oyunçusu qapıya qol vurmağa çalışdı. Künc vuruşunda Alman qapıçı cəza sahəsinə girib, tullanaraq topu yumruqları ilə qapıdan çıxartdı. Hakim vəziyyəti görüb qırmızı vərəqə verərək Kanı oyundan çıxartdı. 2001 UEFA Çempionlar Liqasında "Valensiya"-ya qarşı oynadıqları final matçında "Matçın adamı" seçildi. İki komanda da 1–1 bərabərliyi pozmaması üçün penalti vuruşlarında üç dəfə topu geri qaytardı və çempionluğun gəlməsində önəmli rol oynadı. Həmçinin, penalti vuruşlarından sonra məyus olan qarşı komanda qapıçısı Santiaqo Kanizaresin yanına gedib ona təsəlli verməsi ilə UEFA Fair-Play mükafatını qazandı. Həmin il Tokioda olan Milli Olimpiya Stadionunda keçirilən Qitələrarası kubokda "Bayern Münhen", Argentina komandası "Boka Xuniors"-u məğlub edib kuboku qazanmağı bacardı.

Kanın aldığı fiziki zədələr, şəxsi problemləri, motivasiyanın olmaması və haqqında yayılan şayiələr 2002–2003 mövsümündə qəfildən zəif oyun nümayiş etdirməsinə səbəb oldu.2003–2004 UEFA Çempionlar Liqasının ikinci mərhələsində, "Real Madrid" ilə oynadıqları ilk qarşılaşmada Roberto Karlosun vuruşundan sonra topu qurtara bilməməsi və komandanın məğlub olması ilə əlaqədar bu müddət davam etdi. Matçdan sonra The Daily man Kanın xətasını bu cür izah etmişdi: "2002 Dünya Kubokunun finalında yenə bir Braziliyalı Kanın əlində olan fürsəti bərbad etdi. Lakin budəfəki qol Ronaldonun göz qamaşdırıcı qolu deyil, "Bayern" üçün fəlakətdən fərqi olmayan, cılız Roberto Karlosun sərbəst vuruşu idi". Növbəti mövsüm "Bayern Münhen" Kan ilə bərabər Bundesliqa çempionu oldu.

2006-cı ildə Münhendə keçirilən Arminiya Bilefeld komandası ilə qarşılaşmadan əvvəl, Maykl Renzinq Kanı matçlara hazırlaşdırırdı. Məşqlər zamanı səhvən Kanın gözünə vurulan top, gözündə ləkələr və şişginlik meydana gətirdi. Nəticədə Kan matçda iştirak edə bilmədi. Həmin matçda qapıçı Renzinq oldu və "Bayern Münhen" 2–0 qalib oldu.

thumb|right|250px|Oliver Kan, 2008-ci ilin sentyabr ayında yubiley matçında

Kan həmçinin 2007–08 mövsümündə oynamaq və müqaviləni başa çatdırmaq istədiyini açıqlamışdı. 2011-ci il daxil olmaqla, Bundesliqa tarixinin lideri olan Oliver Kan, bu sahədə hədəflərini görmədən 197 matçını tamamladı. 2 noyabr 2007-ci ildə 38 yaşında olarkən oynadığı 535-ci Bundesliqa matçı ilə liqanın ən çox matçda iştirak edən qapıçısı oldu. Futbolçu, 1 may 2008-ci ildə UEFA Kuboku yarımfinalında "Zenit Sankt-Peterburq"-la qarşılaşmada 4–0 hesabı ilə məğlub olduqları matçla Avropada son dəfə mübarizə etdi. Liqadakı son qarşılaşması isə 17 may tarixində "Herta Berlin" komandası ilə oldu. Bu matçda "Bayern" 4–1 hesabı ilə qalib oldu.

İyirmi illik futbol karyerasının on dörd ilini "Bayern"-lə keçirmiş Kan, 2 sentyabr 2008-ci ildə "Almaniya XI"-a qarşı oynanılan və 1–1 hesabı ilə nəticələnən qarşılaşmada ilk yubiley matçında iştirak etdi. "Bayern"-lə iştirak etdiyi son matç, 27 may 2008-ci ildə komandanın Asiya mərhələsi əsnasında, Kəlkətədə yerləşən Hindistan gəncliyi stadionunda Hindistan komandası "Moxun Baqan" ilə oynanılan dostluq maçı oldu. Matça təxminən 120 min nəfər gəldi. Oliver Kan, 3–0 "Bayern" üstünlüyü ilə nəticələnən matçın 55-ci dəqiqəsində yerini Maykl Renzinqə verdi.

Milli komanda karyerası

Şəxsi həyatı Kan Karlsruedə anadan olub. Latış əsilli olan futbolçunun, Latviyalı nənəsi və atası özünün indidə də məşhur olduğu Latviyanın Liepaya şəhərində anadan olmuşdur. Kanın Almaniyanın ikinci liqasında Karlsrue komandasında oynamış Aksel adında böyük qardaşı vardır. 2010-cu ildə 10 il evli olduğu və 2 uşağı olan həyat yoldaşı Simonla boşandı. 2011-ci ilin fevral ayında sevgilisi Svenya oğlan uşağı dünyaya gətirdi.

2009-cu ildə Şalke 04 komandasından aldığı məşqçi təklifini rədd etdi. İki il sonra, 2011-ci ilin aprel ayında vergi ödəmədən qaçdığı üçün Almaniya məhkəməsi Kanı 125 min € ($ 182,223) pul cəzası ilə cəzalandırdı. Səbəbi isə Kan Dubaydan gələrkən, özü ilə gətirdiyi 6,687 avro dəyərində olan əşyaların dəyərini bildirməməsi idi.

2011-ci ildə Oliver Kan Şalke 04 komandasının qapıcısı Manuel Noyer üçün 20 milyon avro xərcləməyə hazırlaşan köhnə klubunu gələcəyi görməməklə günahlandırdı. Kan, "Baş məşqçinin davamlı olaraq xidmət göstərməsi uğurun təməlidir. Bayerndə indi bir futbol fəlsəfəsi görmürəm. Barselona nümunəsi, uzunmüddətli düşünməyin vacib olduğunu göstərir" demişdir.

Kan Almaniya və Avropa miqyasında mədəniyyətlərarası razılığa gəldi. O, təhsil dəyərləri və müdafiə mövzulu bir müasir küçə futbol layihəsi olan Münhen küçə futbol liqası "Bunt kickt gut"u, məktəblər, klublar və həbsxanalarda futbolu təbliğ edən Sepp-Herberqer fondunu və məqsədi gəncləri şiddət, alkoqol və narkotikdən qorumaq olan Castin Rokola fondunu dəstəkləyir.

Şöhrət Oliver Kan karyerasında mövcud olan təzyiq və stressi aradan qaldırma qabiliyyətinə görə böyük miqyasda təqdir qazanmışdır. Bayern Münhenin internet saytında olan profilində "səbrli, intizamlı, ehtiraslı" kimi ifadələr yer almışdır.

Yaponiya və Cənubi Koreya ortaqlığı ilə təşkil edilən 2002 Dünya Kuboku ərəfəsində Kan Orta Asiyada populyarlıq qazanmışdır. Aralarında "Şinkin bank" reklamınında yer aldığı bir neçə televiziya reklamında iştirak edib. 2004 Avropa Futbol çempionatından sonra, Almaniya milli futbol komandasının matçlarını analiz etmək üçün ZDF kanalı idman komandasına qatıldı. 2009-cu ildə CCTV kanalında yayımlanan və Çinin ən yaxşı gənc qapıçısını axtaran proqramda münsiflər heyətindən biri oldu. Yenə həmin ildə Madam Tüsso muzeyinin Berlin ərazilərində Kanın bal mumu heykəli açıldı. Qapıçı, 2010-cu ildə təlimat lisenziyası da aldı. Alman pop musiqi qrupu Die Prinzen, Olli Kan adlı mahnını Kan üçün yazırdı.

Peşəkar karyerası ərzində mükəmməl fəaliyyət göstərməsinə və insanları təsirləndirməsi görə Kana "Kral Kan", "Nəhəng" ləqəbləri verilib.

Karyera statistikaları

Klub İstinad — KlubMövsümBundesliqaFutbol üzrə Almaniya kubokuFutbol üzrə Almaniya liqa kubokuAvropa DigərÜmumiOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolKarlsrue FK1987–882000———201988–892000201989–90220002201990–910000001991–92370203901992–93340503901993–9431030100440Ümumi1280100—100—1480Bayern Münhen1994–9523010—50103001995–9632020120—4601996–9732040203801997–983406020805001998–9930060201305101999–0027050001304502000–0132020201605202001–023204010120205102002–03330600060—4502003–043304010804602004–0532050201004902005–063106000704402006–073201010904302007–08260502090420Ümumi42905701301300306320Karyera ərzində55706701301400307800 1.Həm UEFA Çempionlar Liqası, həm də UEFA Kuboku daxildir. 2.Həm Futbol üzrə Almaniya superkuboku, həm UEFA Superkuboku, həm də Beynəlxalq çempionlar kuboku daxildir.

Beynəlxalq İstinad Almaniya milli komandasıİlOyunQol 1994 0 0 1995 2 0 1996 3 0 1997 3 0 1998 7 0 1999 6 0 2000 10 0 2001 10 0 2002 15 0 2003 9 0 2004 11 0 2005 7 0 2006 3 0Ümumi 86 0

Uğurları

Bayern Münhen İstinad — Mükafat İlBundesliqa19971999200020012003200520062008DFB-Pokal19982000200320052006 2008DFL-Liqa Pokal199719981999200020042007UEFA Kuboku1996UEFA Çempionlar Liqası2001Qitələrarası kubok2001

Beynəlxalq İstinad — Mükafat İl YerUEFA Avropa Çempionatı1996BirincilikFİFA Konfederasiyalar Kuboku2005ÜçüncülükFİFA Dünya Kuboku2002İkincilikFİFA Dünya Kuboku 2006Üçüncülük

Fərdi İstinad — Mükafat İl NominasiyaUEFA Çempionlar Liqası matçın adamı2001Ən yaxşı qapıçıUEFA Fair-Play mükafatı 2001Ən yaxşı qapıçıAlmaniyada ilin futbolçusu2000 2001İlin futbolçusuFİFA Dünyada ilin futbolçusu2002İkincilikAvropada ilin futbolçusu2001 2002Bürünc topIFFHS Dünyanın ən yaxşı qapıçısı 1999 2001 2002 Ən yaxşı qapıçıUEFA Klub Futbolu mükafatı 199920002001 2002Ən yaxşı qapıçıAvropanın ən yaxşı qapıçısı19992000 2001 2002Ən yaxşı qapıçıƏn yaxşı bundesliqa qapıçısı 19941997 1998 1999200020012002Ən yaxşı qapıçıFİFA Dünya Kuboku Qızıl Top mükafatı2002Ən yaxşı futbolçuYaşin mükafatı2002İlin qapıçısıFİFA Dünya Kuboku2002Ən yaxşı komanda mükafatıFİFA 1002004Almaniyada ilin qapıçısı

Həmçinin bax Almaniya milli futbol komandası 2001 UEFA Superkuboku UEFA Avropa Liqası

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər