Məmməd Behbud oğlu Orucov () — Azərbaycan Kommunist Partiyası Quba Rayon, Ağdam Rayon və Jdanov Rayon komitələrinin birinci katibi, Sosialist Əməyi Qəhrəmanı
Həyatı Orucov Məmməd Behbud oğlu 20 dekabr 1907-ci ildə Füzuli rayonunun Sərdarlı kəndində anadan olmuşdur. 1935-ci ildə APİ-nin tarix fakültəsini bitirmişdi. O, 1942-ci ildə Xindiristan MTS-ın də çalışmış, sonra irəli çəkilərək Jdanov (indiki Beyləqan) RPK-nın birinci katibi seçilmişdi. 1947-ci ildə Jdanov rayonunda pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Jdanov rayonundakı fəaliyyətinə görə 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb.
1948-ci il fevralın 7–8-də Ağdam rayon partiya komitəsinin X konfransından sonra keçirilən plenumda Məmməd Behbud oğlu Orucov Ağdam rayonunun birinci katibi seçilir.
Ağdamdan sonra M. Orucov bir müddət Quba RPK-nın birinci katibi və Azərbaycan KP MK-da şöbə müdirinin müavini vəzifələrində çalışmışdı.
1951-ci ilin noyabrın 30-da Ağdam RPK-nın növbəti plenumu keçirilir. Plenum təşkilat məsələlərinə baxır və M. Orucov başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilir və yerinə isə Məmməd Əliyev seçilir.
1943–1961-ci illərdə Azərbaycan KP Jdanov, Ağdam, Quba RK-nın birinci katibi, Azərbaycan KP MK k.t. şöbəsinin müdir müavini və s. vəzifələrdə işləmişdir. Azərbaycan KP MK üzvü (1951–1960), Azərbaycan SSR Ali Sovetinin Deputatı (2–5-ci çağırış) seçilmişdir. Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı"ordenləri və medallarla təltif edilmişdirƏmək adamları:Orucov Məmməd Behbud oğlu.
18 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Beyləqan Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Quba Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri