Hacı Qadir İbrahim oğlu Qədirzadə () — tarixçi-etnoqraf, tarix elmləri doktoru (2005). AMEA-nın müxbir üzvü (2007).
Həyatı Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji İnstitutu) Naxçıvan filalını bitirmiş (1971), Cəhridə müəllim işləmişdir (1971-75).
AMEA-nın Regional Elm Mərkəzində (indiki AMEA-nın Naxçıvan Bölməsi) kiçik elmi işçi, arxeologiya, etnoqrafiya və folklor şöbəsinin (1979-86), Arxeologiya və Etnoqrafiya şöbəsinin (1987-92) müdiri, elmi işlər üzrə direktor müavini (1992-2002) işləmişdir.
2003-cü ildən 2018-ci ilə qədər AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini olub. Elmi fəaliyyətində ailə-məişət məsələləri, etnik tarix, etnik-mədəni münasibətlər, etnodemoqrafik proseslər, inanclar sistemi,türk xalqları arasında etnogenetik əlaqələrin öyrənilməsi əsas yer tutur. 150-dən çox elmi, elmi puplisistik məqalənin bir neçə kitabın müəllifidir. Əsərləri Moskvada, Ankarada, İstanbulda və digər yerlərdə dərc olunmuşdur. Beynəlxalq elmi məclislərdə məruzələr etmişdir.
8 mart 2018-ci ildə vəfat edib.
Təltif və mükafatları 2009 - Tərəqqi medalı
Əsas elmi əsərlərinin adları Əshabi Kəhf: Müqəddəslik, tarixilik və inancların genezisi. Bakı, 2002 Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr. Bakı, 2003 Adetler, inanclar və türklerin soy kütügü meselesi. Ankara, 2005 Həzrəti insan. Bakı, 2005 Cəhriçay vadisi. Naxçıvan, 2007 Nuh peyğəmbər, Dünya Tufanı və Naxçıvan, Naxçıvan, 2008 Türkün müalicəsi türkaçarə. Naxçıvan, 2010 Naxçıvan: Nuh baba və Türk atadan gələn yol. Naxçıvan, 2011
İstinadlar
Xarici keçidlər AMEA Naxçıvan Ensklopediyası (I cild səhifə 335)
Kateqoriya:Hacılar Kateqoriya:Tarix elmləri doktorları Kateqoriya:AMEA-nın müxbir üzvləri