Kamal Kərim oğlu Kazımov () — Sosialist Əməyi Qəhrəmanı.
Həyatı Kamal Kazımov 1924-cü ildə Göygöl rayonunun Cırdaxan kəndində (Qarayerli qəsəbəsi) anadan olmuşdur. Böyük vətən müharibəsinin iştirakçısı olmuşdur.`Azərbaycan" üzümçülük sovxozunda fəhlə, təsərrüfat müdiri, Şəmkir konyak zavodunda baş şərabçı, Xanlar şərab zavodunun, "Azərbaycan" sovxozunun və Xanlar Sovxoz — istehsalat birliyinin direktoru (1952–1976) işləmişdir.
1955-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuş və 1956-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan şərabçıları Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:SSRİ üzümçüləri