Karağandı () — Qazaxıstanda şəhər, Karaqanda vilayətinin mərkəzi. Bir zamanlar böyük sənaye, elm və mədəniyyət mərkəzi olmuşdur. Şəhər statusunu 10 fevral 1934-cü ildə almışdır. Şəhərin sahəsi təxminən 550 km2 təşkil edir. Coğrafi yerləşməsi: .
Əhalisi Əhali sayına görə Karağandı şəhəri Karağanda vilayətində birinci yerdə durur — 480 075 nəfər (2012). Bütün ölkədə isə 4-cü ən çox əhali məskunlaşan şəhərdir (Alma-Ata, Astana və Şımkənddən sonra). Qazaxıstan müstəqillik qazanana qədər bu şəhər Qazaxıstan SSR-in ikinci ən çox əhali məskunlaşan şəhəri olmuşdur.
Şəhərin milli tərkibi belədir (1 yanvar 2010-cu ilə görə): ruslar — 214 969 nəfər. (45,57 %) qazaxlar — 171 038 nəfər. (36,25 %) ukraynalılar — 22 631 nəfər. (4,80 %) almanlar — 15 608 nəfər. (3,31 %) tatarlar — 14 395 nəfər. (3,05 %) koreyalılar — 7 423 nəfər. (1,57 %) belaruslar — 5 484 nəfər. (1,16 %) polyaklar — 2 535 nəfər. (0,54 %) çeçenlər — 2 127 nəfər. (0,45 %) azərbaycanlılar — 1 502 nəfər. (0,32 %) başqırdlar — 1 404 nəfər. (0,30 %) mordvalar — 1 029 nəfər. (0,22 %) özbəklər — 1 028 nəfər. (0,22 %) moldovanlar — 809 nəfər. (0,17 %) çuvaşlar — 714 nəfər. (0,15 %) litvalılar — 615 nəfər. (0,13 %) yunanlar — 531 nəfər. (0,11 %) digərləri — 7 933 nəfər. (1,68 %) Cəmi — 480 075 nəfər. (100,00 %)
İstinadlar
Kateqoriya:Karağandı vilayəti Kateqoriya:Qazaxıstan şəhərləri