Axundzadə Yusif Yevgeniyeviç (, 1946, Bakı) — Azərbaycanın Xalq artisti (1998). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Həyət Baş İdarəsi Hərbi Orkestr xidmətinin sabiq rəisi. Professor. General-mayor.
Həyatı 1946-ci il fevralın 6-da Bakı şəhərində anadan olub.
1969-ci ildə fleyta sinfi üzrə Bakı Musiqi Akademiyasını bitirir. Moskvada Qızıl meydanda hərbi paradlarda iştirak edib və Moskvada 1971 və 1983-cü illərdə 1989-ci ildən BMA-nın nəfəsli və zərb alətləri kafedrasında müəllimlik edib.
2008-ci ildə Bakı Musiqi Akademiyası nəfəs və zərb alətləri kafedrasının müdiridir.
Əməkdar incəsənət xadimi polkovnik Rüfət Axundzadənin atasıdır.
Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2015-ci il tarixli 1292 nömrəli Sərəncamı ilə xundzadə Yusif Yevgeniyeviçə general-mayor ali hərbi rütbəsi verilmişdir.
Mükafatlar və adlar "Əməkdar mədəniyyət işçisi" fəxri adı.(1979) "Əməkdar İncəsənət Xadimi" fəxri adı.(1988) "Xalq Artisti" fəxri adı.(1998) "Hərbi xidmətlərə görə" medalı(2003) "Azərbaycan Bayrağı" ordeni(2006) General-Mayor - Azərbaycan Silahlı Qüvvələrinin ali hərbi rütbəsi (2015) "Şöhrət" ordeni(2021) (Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə )
Müəllif olduğu kitablar Hazırlanmasında və nəşrində redaktor qismində iştirak edib:
1996-cı il Azərbaycan himni (nəfəsli orkestr üçün partitura) Azərbaycan bəstəkarlarının (əlyazması) hərbi marşlar
1998-ci il "Bakalavr" dərəcəsi ilə bitirən üçün dirijorluq etməyə dair proqram "Magistr" dərəcəsi ilə bitirən üçün dirijorluq etməyə dair proqram
2000-ci il Azərbaycan bəstəkarlarının əsərləri (əlyazması)
thumb|left|Azərbaycanın eks-prezidenti ulu öndər Heydər Əliyev və Yusif Axundzadə ilə görüşündə
Filmoqrafiya Nəfəs alətləri (film, 2004)
İstinadlar
Kateqoriya:Azərbaycan dirijorları Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Bakıda doğulanlar
Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri Kateqoriya:SSRİ dirijorları