Lyubov Zalmanovna Uspenskaya (Любо́вь За́лмановна Успе́нская) (d. 24 fevral 1954, Kiev) —müğənni.

Həyatı

L. Uspenskaya 24 fevral 1954-cü ildə Kiyevdə (Ukrayna) anadan olub. Doğuş zamanı anasını itirən L. Uspenskayanı nənəsi və atası böyüdüb. Kiyevdə musiqi məktəbini bitirən L. Uspenskaya burada ilk mahnılarını Qriqori Balberlə yazmağa başlayıb. O, 17 yaşında Ermənistana gedib və orada bir neçə il çalışdıqdan sonra Moskvaya yollanıb. 1978-ci ildə həyat yoldaşı Yuri Uspenski ilə İtaliyaya, 1990-cı ildə isə ABŞ-yə (Los-Anceles) köçüb. Müğənni ilk albomunu (“Lyubimıy”) 1985-ci ildə yazıb. Həmin albom ona SSRİ-də və ABŞ-də populyarlıq qazandırıb. Daha sonra müğənni yenidən Moskvaya köçüb və hazırda da orada yaşayır. L. Uspenskaya bir neçə dəfə “İlin şansonu” mükafatına layiq görülüb.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Kiyevdə doğulanlar Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:SSRİ yəhudiləri Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Romans ifaçıları Kateqoriya:SSRİ-dən ABŞ-yə mühacirət edənlər Kateqoriya:SSRİ-dən ABŞ-yə mühacirət edənlər