Karine Ğazinyan — Ermənistan Respublikası xarici işlər nazirinin müavini (2009–2011).

Həyatı Karine Ğazinyan 1955-ci ildə İrəvan şəhərində anadan olub. 1977-ci ildə İrəvan Dövlət Universitetinin alman dili fakültəsini bitirib.

Təhsilini başa vurduqdan sonra 4 il Mozambikdə SSRİ səfirinin köməkçi-katibi, 1983–1988-ci illərdə Portuqaliyada SSRİ səfirinin köməkçisi vəzifələrində çalışıb.

1988–1992-ci illərdə Moskvada 31 nömrəli liseydə ingilis dili müəllimi, 1992–1994-cü illərdə İrəvan Dövlət Universitetində ingilis və portuqal dillərindən dərs deyib.

Ermənistanın Rumıniyada və Almaniyada fövqəladə və səlahiyyətli səfiri olub. 2009-cu il mart ayından 2011-ci il sentyabradək Ermənistan xarici işlər nazirinin müavini vəzifəsini tutub.

2011-ci il sentyabr ayında Ermənistan Respublikasının Böyük Britaniya və Şimali İrlandiyadakı səfiri təyin olunub.

Karine Ğazinyan 57 yaşında qəflətən Los-Ancelesdə müalicə olunduğu xəstəxanada əməliyyat zamanı vəfat edib.

Ermənistan Respublikasının Mxitar Qoş medalı və Rumıniya Böyük Xaç Ordeni ilə təltif olunub.

Ğazinyan rus, alman, rumın, ingilis və portuqal dillərini bilirdi.

İstinadlar

Kateqoriya:İrəvanda doğulanlar Kateqoriya:Los-Ancelesdə vəfat edənlər Kateqoriya:Ermənistanın Birləşmiş Krallıqdakı səfirləri Kateqoriya:Ermənistan qadın diplomatları Kateqoriya:XXI əsrin diplomatları