Məmnun Hüseyn () — Pakistanın 12-ci prezidenti.

Həyatı Məmnun Hüseyn 1940-cı ildə 23 dekabrda Hindistanda anadan olub.

Siyasi fəaliyyəti Məmnun Hüseynin hakim Pakistan Müsəlman Liqasının Nəvaz Şərif fraksiyasından namizədliyi verilmişdir. Məmnun Hüseyn iş adamı, Sind əyalətinin sabiq qubernatoru idi.

Məmnun Hüseynin namizədliyini parlamentin aşağı və yuxarı palatalarının deputatları, həmçinin bütün əyalətlərin parlamentləri dəstəkləyib.

Məmnun Hüseynin andiçmə mərasimi 2013-cü il sentyabrın 9-na təyin edilib. Məmnun Hüseyndən əvvəlki prezident Asif Əli Zərdarinin səlahiyyət müddəti sentyabrın 5-də baş çatmışdır.

2013-cü il iyulun 30-da Pakistanın 12-ci prezidentini seçilib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Hindistanda doğulanlar Kateqoriya:Pakistan prezidentləri Kateqoriya:Kəraçili siyasətçilər Kateqoriya:Pakistandakı Hindistan mühacirləri Kateqoriya:Mühacir xalqı