Yuzef Pilsudski (; ) — 1918-1922-ci illərdə Polşanın dövlət başçısı və 1920-ci ildən Polşanın Birinci Marşalı olmuş hərbi-siyasi xadim. Hərbi İşlər Naziri olaraq İkinci Polşa Respublikasının de-fakto lideri (1926-1935) hesab olunurdu. Birinci Dünya müharibəsindən sonra Polşa siyasətində güclü təsirə sahib idi və beynəlxalq miqyasda da görkəmli şəxsiyyət hesab olunurdu. 1718-ci ildə Avstriya-Macarıstan, Prussiya və Rusiya tərəfindən Reç Pospolitanın sonuncu dəfə bölünməsindən 123 il sonra, 1918-ci ildə qurulan İkinci Polşa Respublikasının atası olaraq qəbul olunur.
Özünü Reç Pospolitanın mədəni irs və ənənələrinin davamçısı olaraq görən Pilsudski çoxetnoslu Polşanı yerli etnik və dini azlıqların da daxil olduğu "xalqların bir vətəni" olduğuna inanırdı. O, eyni zamanda, Polşanın müstəqil Ukrayna və Litva dövlətləri ilə sıx birlik əlaqələri qurmalı olduğu düşüncəsini dəstəkləyirdi. Onun əsas siyasi rəqibi olan Milli Demokrat Partiyasının lideri Roman Dmovski bu yanaşmanın əksinə olaraq, Polşa krallığı ilə məhdudlaşdırılmış polyak milləti və Roma-Katolik kimliyinə əsaslanan bir Polşaya çağırış edirdi.
Siyasi karyerasının əvvəllərində Pilsudski Polşa Sosialist Partiyasının lideri oldu. O, Polşanın müstəqilliyinin hərbi yolla əldə olunacağına inanaraq Polşa legionlarını yaratmışdır. 1914-cü ildə başlayan Birinci Dünya müharibəsi zamanı o, İttifaq dövlətləri və Rusiya imperiyasının məğlub olacağını öncədən proqnozlaşdırdı. 1914-cü ildə Birinci Dünya müharibəsi başladıqdan sonra Pilsudskinin legionları Avstriya-Macarıstan orduları ilə birlikdə Rusiya İmperiyasına qarşı döyüşlərə qoşuldu. 1917-ci ildə Rusiya qüvvələrinin zəif şəkildə də olsa irəlilədiyi zamanda, İttifaq dövlətlərinə verdiyi dəstəyini dayandırdı və bu səbəblə də almanlar tərəfindən Maqdeburqda həbs olundu.
1918-ci ilin noyabr ayında Polşa müstəqilliyini əldə etdiyi zaman, 1922-ci ilə qədər Pilsudski Polşanın faktiki dövlət başçısı oldu. 1919-1921-ci illərdə davam edən Polşanın sərhədlərini müəyyənləşdirmək üçün baş verən altı döyüşə rəhbərlik etmişdir. Sovet-Polşa müharibəsi zamanı ölkə məğlubiyyətin astanasında olarkən 1920-ci ilin avqustunda baş verən Varşava döyüşündə Qızıl Ordu qüvvələrini geri çəkilməyə məcbur etdi. 1923-cü ildə müxaliflərinin, xüsusilə də Milli Demokrat Partiyasının təsiri ilə Pilsudski aktiv siyasətdən çəkildi. Üç il sonra, 1926-cı ilin mayında baş tutan çevriliş nəticəsində yenidən iqtidarı ələ keçirdi və Polşanın diktatoru oldu. O dövrdən etibarən 1935-ci ildə ölənə qədər xüsusilə də hərbi və xarici məsələlərlə məşğul olurdu. Bu dövrdəki fəaliyyətləri ilə XXI əsrə qədər şəxsiyyəti kult olaraq ayaqda qalmağı bacarmışdır.
Beynəlxalq əlaqələrdə Pilsudski Polşanın müstəqilliyini qorumaq və milli təhlükəsizliyi möhkəmləndirmək məqsədi ilə bir-birini tamamlayan iki strategiya həyata keçirdi. Bu strategiyalardan birincisi, Rusiya imperiyası, daha sonra isə SSRİ-ni qurucu xalqlarına parçalamaq istəyən prometeizm idi. İkincisi isə, Qərb və Şərq imperializminə qarşı xalqının təhlükəsizliyini təmin etmək məqsədi ilə Orta və Şərqi Avropa ölkələrindən təşkil olunacaq Baltik dənizindən Qara dənizə və Adriatik dənizə qədər uzanan federasiya (konfederasiya) layihəsi barədə Üçdənizlilik məfkurəsi idi.
Tarixçi Pyotr Vandiç Pilsudskini "bəzən polyakları öz axmaqlıq, qorxaqlıq və xidmətçiliklərinə görə qınayan alovlu Polşa vətənpərvəri, özünü Reç Pospolita kimliyi ilə qəbul edən inadkar, ehtiyatlı və hisslərini büruzə verməyə qarşı laqeydlik göstərən" biri olaraq xarakterizə edirdi. Çoxları tərəfindən əsir düşərgəsi olaraq qəbul edilən Bereza Kartuşka həbsxanasının qurulması Pilsudski iqtidarının mübahisəli fəaliyyətlərindən biri hesab olunur. Buna baxmayaraq, polyakların xatirəsində xüsusi hörmətə sahibdir və əsas rəqibi Roman Dmovski ilə birlikdə müasir Polşanın qurucusu olaraq qəbul edilir.
İlk illəri thumb|left|250px|Yuzef Pilsudski məktəbdə təhsil alarkən. Yuzef Pilsudski 5 dekabr 1867-ci ildə Rusiya imperiyasının Vilnüs Quberniyasının tərkibində olan Zalavas kəndində yerləşən malikanədə dünyaya gəlmişdir. Zadəgan əsilli ailənin yaşadığı bu malikanə 1795-cü ildən mövcud idi. Bu torpaqlar əvvəllər Reç Pospolitanın ərazisinə daxil idi. Birinci Dünya müharibəsindən sonra ərazi yenidən Polşanın tərkibinə daxil oldu və bu dövrdə Yuzef Pilsudski artıq Polşanın Baş Naziri idi. İkinci dünya müharibəsi ərəfəsində ərazi SSRİ-nin tərkibinə keçdi. Hal-hazırda ərazi Litva Respublikasının tabeçiliyindədir. Malikanə varlı Billeviç ailəsinə mənsub olan Pilsudskinin anası Mariyanın cehizi idi. Pilsudski ailəsi kasıblaşmasına baxmayaraq, hələ də öz polyak adət-ənənələrini qoruyur, eləcə də özlərini polyak və ya keçmiş Reç Pospolitaya mənsub olaraq qəbul edirdilər."History – Józef Piłsudski (1867–1935)". Poland.gov. Archived from the original on 13 February 2006. Retrieved 23 April 2006. Yuzef ailənin ikinci oğlu idi. Vilnüsdə yerləşən rus gimnaziyasında təhsil alarkən heç də qabaqcıl göstəricilərə sahib deyildi. Bu gimnaziyada həmçinin polyak əsilli Feliks Dzerjinski də təhsil alırdı. O, sonralar SSRİ-nin ən yüksək səviyyədə rəhbərlərindən biri olaraq Pilsudskinin baş düşməninə çevriləcəkdi. Anası onu qardaşları Bronislav, Adam və Yanla birlikdə ruslar tərəfindən dərc edilmiş Polşa tarixi və ədəbiyyatı ilə tanış etmişdir. Atası da özü kimi Yuzef adını daşıyırdı və 1863-cü ilin yanvarında baş tutan Polşa üsyanında Rusiya hakimiyyətinə qarşı döyüşmüşdür.
Pilsudskilər Rusiya imperiyasının ruslaşdırma siyasətinə qarşı idi. Yuzef gənclik illərində olarkən Rus Pravoslav Kilsəsinə bağlılıqdan imtina etdi və gimnaziyadakı təhsilini Rusiya İmperiyası və Çarına tabe olmadığını, həmçinin öz mədəniyyətinin təhqirinə qarşı olduğunu göstərmək üçün dayandırdı.
1885-ci ildən etibarən Pilsudski hazırda Ukrayna ərazisində yerləşən Xarkov Universitetində tibb üzrə təhsil almağa başladı. O, burada təhsil alarkən Rusiyada inqilabi düşüncələri ilə tanından xalqçılar hərəkatının bir qolu olan Narodnaya Volya təşkilatı ilə əlaqələr qurdu.Chojnowski, Andrzej. "Piłsudski Józef Klemens". Internetowa encyklopedia PWN (in Polish). Archived from the original on 3 May 2008. Retrieved 15 January 2008. O, təhsilini 1886-cı ildə tələbə mitinqlərində iştirak etdiyi üçün dayandırmalı oldu. Daha sonra təhsilini hazırda Estoniyanın Tartu şəhərində yerləşən Doprat Universitetində davam etdirmək istəsə də, onun müraciəti siyasi əlaqələrindən xəbərdar olan məsul şəxslər tərəfindən qəbul edilmədi. 22 mart 1887-ci ildə çar məmurları tərəfindən Vilnüs sosialistləri ilə əlbir olaraq Çar III Aleksandra qarşı sui-qəsd tərtib etməsi ittihamı ilə həbs edildi. Buna baxmayaraq, sui-qəsdin tərtib olunmasındakı əsas əlaqələr 15 il Sibirdə ağır iş şəraitində katorqaya məhkum edilən onun böyük qardaşı Bronislava məxsus idi."Bronisław Piotr Piłsudski – Calendar of events" . ICRAP. Retrieved 2 March 2018. 250px|thumb|left|Pilsudskilərin ailə gerbi. Yuzef daha yüngül sürgün cəzası aldı. O, ümumilikdə 5 il çəkən sürgün cəzasını Lena çayı sahilində yerləşən Kirensk, sonra isə Tunkada başa vurdu. Bir məhkum qrupu ilə Sibirə aparılarkən Pilsudski bir neçə həftə İrkutskda həbsxanada saxlanıldı.Landau, Rom; Dunlop, Geoffrey (1930). Pilsudski, Hero of Poland. Jarrolds. pp. 30–2. Orada saxlanılarkən məsul şəxslər tərəfindən qiyam olaraq qiymətləndirilən hadisələrə qoşuldu. Məhkumlardan biri həbsxana nəzarətçisini təhqir etdi və üzr istəməkdən imtina etdi. Bu səbəblə çıxan insident zamanı Pilsudski də döyüldü və iki dişini itirdi. İnsidentə qoşulduğu üçün 1888-ci ildə daha 6 ay həbsə məhkum edildi. Həbsinin ilk gecəsi Sibirin -40 °C şaxtasına məruz qalan Pilsudski ölümcül dərəcədə ağır xəstələndi. Burada qazandığı xəstəlik onun ömrünün sonuna qədər ağrılar çəkməsinə və sağlamlıq problemləri yaşamasına səbəb oldu.
Sürgündə olarkən Pilsudski 1863-cü ilin yanvarında baş tutan Polşa üsyanının rəhbəri olan Bronislav Şvarçe də daxil olmaqla bir sıra sibiryakla tanış oldu. Sürgündə seçdiyi iş ilə məşğul olmasına icazə verildi. Burada o, yerli uşaqlara riyaziyyat və xarici dil (rusca və polyakca ilə yanaşı, fransızca, almanca və latışca da bilirdi və daha sonra ingiliscə də öyrənəcəkdi) tədris edirdi. Yerli məmurlar onun bir polyak əsilzadəsi olaraq digər sürgündəkilərin aldığı 10 rubl təqaüdü almaq haqqına sahib olmadığına qərar verdilər.
1892-ci ildə sürgündən geri qayıdan Pilsudski Tenenay yaxınlığındakı Adomavas Manordada yaşamağa başladı. 1893-cü ildə Polşa Sosialist Partiyasına qoşuldu və Litva şöbəsinin təşkilinə kömək etdi. Əvvəlcə sosialistlərin daha radikal qruplarında təmsil olunsa da sol cərəyanın beynəlmiləlçiliyinə baxmayaraq, Polşa millətçisi olaraq qaldı. 1894-cü ildə baş redaktoru olaraq Robotnik (İşçi) qəzetini gizli şəkildə nəşr etdirməyə başladı və həmçinin əsas yazıçılarından birinə çevrildi. 1895-ci ildə doktrina məsələlərinin əhəmiyyətini vurğulayan bir Polşa Sosialist Partiyası liderinə çevrildi. O, sosialist ideologiyanın millətçiliklə birləşdirilməli olması düşüncəsini müdafiə edirdi və bunun Polşanın müstəqilliyini geri qazanmaq şansını artıracağını düşünürdü.
15 iyul 1899-cu ildə gizli təşkilatçılıq edən Pilsudski sosialist təşkilatçı olan Mariya Koplevskaya ilə evləndi. Pilsudskinin baş bioqrafı olan Vaslav Yedçeyeviçə görə, evlilik romantiklikdən daha çox praqmatikliyə sahib idi. Hər ikisi də sosialist və azadlıq hərəkatının iştirakçıları idilər. Rabotnik qəzetinin mətbəəsi əvvəlcə Vilnüsdə yerləşirdi, daha sonra isə mətbəə cütlüyün Lodzda yerləşən evində fəaliyyət göstərmişdir. Rusiya qanunları qadının ərinin etdiyi işlərə görə cinayət məsuliyyəti daşımasının qarşısını alırdı. Cütlüyün münasibətləri getdikcə pisləşdi və bir neçə il sonra Pilsudski başqa bir gənc sosialist olan Aleksandra Sçzerbinskaya ilə münasibət qurdu. 1921-ci ildə Mariyanın ölməsindən sonra Pilsudski həmin ilin oktyabr|oktyabrı]]nda Aleksandra ilə evləndi. O vaxta qədər cütlüyün Vanda və Yadviqa adlı iki qızı dünyaya gəlmişdi.
1900-cü ildə ruslar Rabotnikin Lodzda yerləşən məbtəəsini aşkara çıxardıqdan sonra Pilsudski Varşava qəsrində həbs edildi. Bir müddət sonra ruhi xəstəliklərin müşahidə olunması səbəbindən aparıldığı Sankt-Peterburqdakı xəstəxanadan polyak həkim Vladislav Mazurkiyeviç və digərlərinin köməyi ilə qaçmağı bacardı. Əvvəlcə Qalisiya, oradan Avstriya-Macarıstan və daha sonra da Leytonstona qaçdı. Burada olarkən Leon Vasilevski və ailəsi ilə birlikdə Londonda qaldı.
Bu müddət ərzində Litva və Polşada yerləşən partiyalar Rusiya ilə uzlaşdırıcı mövqedən çıxış etməyə başladılar və əsas hədəf olaraq muxtariyyət əldə etmək nəzərdə tutulurdu. Pilsudskinin mövqeyi partiya daxilində Polşanın müstəqilliyi və milli mübarizə mövqeyindən çıxış edən yeganə siyasi gücə çevrilmişdi.
Rus-yapon müharibəsinin (1904-1905) başlanğıcında, 1904-cü ilin yayında Pilsudski Polşa qiyamına Yaponiyada dəstək axtarmaq üçün Tokioya getdi. Yaponiya tərəfi kömək olaraq kəşfiyyat dəstəyi vəd etdi və müharibə zamanı əsir düşən polyaklardan təşkil olunmuş legion yaradılmasını təklif etdi. O, Rusiyanın parçalanmasına yönəlmiş Prometey layihəsini də təklif etdi. Yamaqata Aritomo ilə görüşərək Polşada partizan müharibəsinə başlamağın Rusiyanın diqqətini yayındıracağını və onlara silahlı dəstək göstərməyin vacibliyini bildirdi. Yapon diplomatı Hayaşi Tadasu planı dəstəkləsə də, Yaponiya hökuməti, o cümlədən Yamaqata bu plana daha şübhə ilə yanaşdı.
Pilsudskinin əzəli rəqibi olan Roman Dmovski də Tokioya gəldi. O, Pilsudskinin planına qarşı çıxaraq Yaponiya hökumətini uğursuzluqla nəticələnəcəyini düşündüyü Polşa inqilabına dəstəkdən yayındırmağa çalışdı. Polşalı vətənsevər olan Dmovski Pilsudskinin ömrünün onuna qədər onun baş siyasi düşməni olaraq qalmağa davam etdi. Nəticədə yaponlar Pilsudskiyə gözlədiyindən daha az dəstək göstərdi. O, Polşa Sosialist Partiyası və qruplaşmalara yaponlar tərəfindən silah satışına dəstəyə nail oldu. Əsirlərdən legionların yaradılmasından isə yaponlar imtina etdi.