Namis Xanmirzə oğlu Şirməmmədov () — Azərbaycanın teatr və kino aktyoru, teatr rejissoru, Sumqayıt Dövlət Dram Teatrının aktyoru.

Həyatı Namis Şirməmmədov 3 aprel 1962-ci ildə anadan olub. 1979–1983-cü illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "dram və kino aktyorluğu" fakültəsində təhsil alib. 1983–1989-cu illər ərzində Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Böyük sənətkar Həsənağa Turabovun dəvət ilə 1997-ci ilədək Akademik Milli Dram Teatırında fəaliyyət göstərib. 1997-ci ildə yenidən Sumqayıt Dövlət Dram Teatrına gələrək 2008-ci ilə qədər aktyor vəzifəsində işləyib. Namis Şirməmmədov psixoloji-dramatik aktyordur. Daha çox dramatik xarakterli rollar oynayır. 2008-ci ildən isə teatrın quruluşçu rejissorudur. 2008-ci ildə Prezidentin sərəncamı ilə Respublikanın "Əməkdar artist"i fəxri adına və 2013-cü ildə " Tərəqqi" medalına layiq görülüb. Respublikada ilk dəfə olaraq Namis Şirməmmədov A. Babayevin "Xilaskar" əsərində Ulu öndər Heydər Əliyev obrazını canlandırmışdır. Bundan başqa Namis Şirməmmədov Sumqayıt teatrında bir çox rolların ifaçısıdır.

O, uzun sürən xəstəlikdən sonra 2024-cü il aprelin 12-də 62 yaşında vəfat edib.

Yaradıcılığı Akademik Milli Dram Teatrında oynadığı rollar Polis, Kərəm-"Tənha iydə ağacı","Ağıllılar və dəlilər" (İ. Əfəndiyev) Qurban-"Anamın kitabı"(C. Məmmədquluzadə) Xızır- "Qədr gecəsi" (Eldar Baxış) və s. rollar oynamışdır

Sumqayt Dövlət Dram Teatrında oynadığı rollar Əliqulu-"Bayramın birinci günü"(S. S. Axundov) Şadi bəy- "Bayramın birinci günü"(N. Himət) Şərif- "Qarağaclar altında məhəbbət"(Y. Onil) Bayram- "Xırs quldurbasan"(M. F. Axundzadə) Heydər Əliyev- "Xilaskar"(A. Babayev) Əlvan- "Varlı qadın"(Ə. Əmirli) Rasim- "Nakam arzular"(R. Tohidoğlu) Əzəmət- "Qınamayın məni"(Ş. Arif) İnsan- "Öz xoşuna yaşayan pişik"(R. Kiplinq) Adi adam- "Diribaş adamlar"(V. Şuşkin) Səlahi- "Müvəqqəti ər"(R. N. Güntəkin) Çoban- "Dəyirman"(M. Süleymanlı) Şəbnəmin əri- "Uca dağ başında"(V. Səmədoğlu) Keşişçi- "Əsrə bərabər gün" (Ç. Aytmatov) Göy Tanrı- "Mərd körpüsü"(S. Nəzirova) Dispeçer- "Qəbul təxirə salınır"(C. Yusifzadə) Aydın- "Kişi"(C. Məmmədov) Əkbər bəy- "Dağlarda tufan"(Ə. M. Lələdağ) Müstəntiq- "Mənim ağ göyərçinim"(T. Vəliyeva) Səbzəli kişi- "Ağ ölüm"(M. Haqverdiyev) Bəy- "Qaraca qız"(A. Şaiq) Süleyman- "Qudalar"(B. Mirzəzadə) və s.rollar

Quruluş verdiyi tamaşalardan C. Məmmmədquluzadə " Anamın kitabı" İsi Məlikzadə " Sultanqulu körpüsü" H. Mirələmov " Vicdanın hökmü" R. Tofiqoğlu " Nakam arzular" Hakim " Dərvişin ölümü".

N. Şirməmmədov iki kitabın – "Yuxumla üz-üzə" və "Üz-üzə, göz-gözə, söz-sözə" müəllifidir. N. Şirməmmədov teatrdakı işi ilə yanaşı televiziya və bədii filmlərdə də çəkilmişdir. Onun "Fəryad" filmindəki Zabit, "Qaçaq Süleyman"-dakıxanalı, Rusiya televiziyasının sifarişi ilə çəkilmiş "Sui-qəsd" filmindəki Xasan, "Son monoloq", "At ilinin birinci ayı" və s. televiziya filmlərində oynadığı Müstəntiq və Rəşad kimi obrazlar onu tamaşaçı sevimlisinə çevirmişdir.

Mükafatları "Əməkdar Artist" fəxri adı (25 sentyabr 2008-ci il) "Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2008-ci il tarixli, 3060 nömrəli Sərəncamı. "Tərəqqi" medalı (25 iyul 2013-ci il) Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (4 oktyabr 2016-cı il)

10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya At ilinin birinci ayı (film, 1993) Fəryad (film, 1993) Qaçaq Süleyman (film, 1994) — Xanalı Seçilən (film, 2008) Cavad xan (film, 2009) Dolu (film, 2012) Tək olanda qorxma... (teleserial, 2013) Həyat, sən nə qəribəsən (teleserial, 2013) Fədakar (film, 2015) Sui-Qəsd-Xasan (Rusiya) Son Monoloq (Rusiya) Son nəfəsədək (film, 2018) Əqrəb mövsümü (teleserial, 2022) Tağıyev. Sona (film, 2025)

İstinadlar

Mənbə Namis Şirməmmədov

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Ağsuda doğulanlar Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:XXI əsr Azərbaycan aktyorları