Vilyam Somerset Moem ( []; ) — İngiltərə yazıçısı.
Həyatı Vilyam Somerset Moem 1874-cü il yanvarın 25-də Parisdə anadan olub. Bu zaman onun atası Fransada Böyük Britaniya səfirliyində hüquqşünas işləyirdi. Buna görə də valideynləri Vilyamın doğum mərasimini səfirliyin ərazisində həyata keçirirlər. Məhz buna görə də yazıçının Böyük Britaniya ərazisində anadan olduğu iddia edilir.
Moem uşaqlıqda fransızca danışıb, ingilis dilini yalnız 11 yaşından sonra öyrənib. 1882-ci ilin fevralında anası dünyasını dəyişir, 1884-cü ildə isə atası xərçəng xəstəliyindən ölür. Beləliklə, Moem hələ erkən yaşlarından yetim qalır və Kent qraflığında yaşayan qohumlarının yanına göndərilir. İngiltərəyə gələn Vilyamın dili topuq vurmağa başlayır və bu şikəstlik ömrünün sonuna kimi onu müşayiət edir. Beləliklə, Moem əmisi Henri Moemin evində tərbiyə alır, Kanterberidəki Kraliça məktəbinə gedir. Sonra Heydelberq Universitetində ədəbiyyat və fəlsəfəni öyrənir. Daha sonra isə London Tibb Məktəbinə daxil olur, bilik və həyat təcrübəsi qazanır.
O, 1897-ci ildə ilk romanını yazır ("Lambetli Liza" — Liza of Lambeth,), daha sonra yazdığı "Ledi Frederik" romanı ona şöhrət gətirir.
Moem Birinci Dünya müharibəsi zamanı Britaniya kəşfiyyat idarəsi ilə əməkdaşlıq edir və kəşfiyyatçı kimi Rusiyaya göndərilir. Sonralar Moem bu barədə bir kitab da yazır.("Eşenden, yaxud Britaniya agenti", Ashenden, or the British Agent, 1928). Bu əsərdən başqa Moem kəşfiyyatçılıq fəaliyyəti haqqında "Tüksüz Meksikalı" adlı novellasında işar edir. Müharibədən sonra Moem dramaturq kimi tanınır, onun bir neçə pyesi tamaşaya qoyulur.
S. Moem məhz pyeslərinin tamaşaya qoyulması sayəsində maddi durumunu xeyli düzəldir. Onun pyeslərinin əksəriyyəti ("Sadiq arvad", "Ledi Frederik" hə ikisi komediyadır) indi unudulsa da, vaxtılə ona böyük şöhrət gətirib.
1919-cu ildə Moemi Çinə göndərirlər, daha sonra isə Malayziyada hərbi attaşe kimi işləyir, roman və hekayələri üçün çoxlu material və fakt toplayır.
Moemin "Dövrə" (The Circle, 1921), "Sədaqətli arvad" (The Constant Wife, 1927), "Teatr" (The Theater), "Şeppi"(Sheppi), "İti ülgüclər" (The Razor's Edge), "Ay və Qəpik" (The Moon and Sixpence) və s. əsərləri bir çox dillərə tərcümə olunmuşdur.
Yazıçı 1965-ci il dekabrın 15-də Fransanın Nitse şəhərindəki xəstəxanada sətəlcəmdən vəfat edir. Lakin fransız qanunlarına görə meyit yarılmalı idi və buna görə də onun cəsədini bir gün sonra evinə, Fransız şəhəri olan Sen Jan Kap Ferradakı villasına aparırlar. Ertəsi gün, ayın 16-da isə ölüm xəbərini yayırlar. Dekabrın 22-də Moemin nəşi İngiltərədəki Kanterberiyə gətirilir və burada Kraliça məktəbi nəzdindəki kitabxana divarına hörülür.
Romanları Lambetli Liza (Liza of Lambeth), 1897 Xanım Kreddok (Mrs. Craddock), 1902 Sehrbaz (The Magician), 1908 İnsan əsarəti (Of Human Bondage), 1915 Ay və Quruş (The Moon and Sixpence), 1919 Rənglənmiş Pərdə (The Painted Veil), 1925 Eşenden və ya Britaniyalı agent (Ashenden or the British Agent), 1928 Tortlar və Ale (Cakes and Ale) , 1930 Dar künc (The Narrow Corner), 1932 Villanın yuxarısı (Up the Villa), 1941 Ülgücün kənarı (The Razor's Edge),1944 Sonra və indi (Then and Now), 1946 Teatr (The theatre), 1947 Vəziyyətin yaratdıqları (Creatures of Circumstance), 1947 Katalina (Catalina), 1948
Pyesləri "Ledi Frederik" "Sadiq arvad"
Novella "Tüksüz meksikalı"
İstinadlar
Kateqoriya:İngilis yazıçılar Kateqoriya:25 yanvarda doğulanlar Kateqoriya:1874-cü ildə doğulanlar Kateqoriya:16 dekabrda vəfat edənlər Kateqoriya:1965-ci ildə vəfat edənlər Kateqoriya:İngiltərə yazıçıları Kateqoriya:Parisdə doğulanlar Kateqoriya:Fransada vəfat edənlər Kateqoriya:XIX əsrin İngiltərə romançıları Kateqoriya:Britaniya dramaturqları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XX əsrin İngiltərə romançıları Kateqoriya:LGBT yazıçılar Kateqoriya:Dramlar Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:İncəsənət kolleksiyaçıları