İkramullah Mahsud — Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (may 2013İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir . president.az, 02.05.2013 - dekabr 2013İlham Əliyev Pakistanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir . president.az, 10.12.2013 ).

Həyatı İkramullah Mahsud 1953-cü ilin dekabrın 28-də anadan olub. 1979-cu ildən Pakistanın xarici işlər idarəsində işləməyə başlayıb.

2004-2008-ci illərdə Pakistanın Tacikistandakı, 2008-2012-ci illərdə isə Bəhreyndəki səfiri vəzifəsində çalışıb. Rus və ingilis dillərində sərbəst danışır.

Pakistan Xarici İşlər Nazirliyində xüsusi katib vəzifəsində çalışan İkramullah Mahsudun namizədliyi 2013-cü ilin mart ayında təsdiq olunub və o, Azərbaycanda Pakistanın yeni səfiri təyin edilib. Həmin ilin dekabrına kimi bu vəzifədə fəaliyyət göstərib.

İstinadlar

Kateqoriya:Pakistanın Tacikistandakı səfirləri Kateqoriya:Pakistanın Bəhreyndəki səfirləri Kateqoriya:Pakistanın Azərbaycandakı səfirləri