Xaşlıdağ — Azərbaycanın Ordubad rayonu ərazisində dağ (hünd. 2689,8 m). Zəngəzur silsiləsinin cənub-qərbinin suayırıcısında yerləşir. Konusvari formadadır. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid hibridləşmiş adamellit və qranodioritlərindən təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxma zonasının cənub-qərb qanadında yerləşir.

Həmçinin bax: Ağdaban dağı Xarxat dağı Bərdidaş dağı İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları