LG Prada 3.0 — LG Electroniks tərəfindən istehsal olunan mobil telefon.
Xarakteristikası
Qurğu Android 2.3.7 əməliyyat sistemi ilə işləyir. Əməliyyat sistemində xüsusi interfeys istifadə olunur. LG Prada 3.0 parlaq 4,3 düymlü WVGA kəskinlikli NOVA ekranla, 1 QHz takt tezliyi ilə işləyən ikinüvəli Tİ OMAP4430 çipi, 8 QB daxili yaddaş və microSD slotu, 2 kamera ilə təchiz olunub. Smartfon Wi-Fi və Bluetooth 3.0 modulları, FM-tüner ilə də təchiz edilib.
İstinadlar
Kateqoriya:2012-ci ildə yarananlar Kateqoriya:LG Electronics mobil telefonları Kateqoriya:Smartfonlar Kateqoriya:Android cihazları