Babakişi Musa oğlu Babaşov () — Sosialist Əməyi Qəhrəmanı.
1892-cı ildə indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur.
1948-ci ildə bir fərmanla Sosialist Əməyi Qəhrəmanı fəxri adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir. Bico kəndinin Əzizbəyov adına kolxozunda sıravi kolxozçu və manqa başçısı işləmişdir.
1972-ci il may ayının 20-də Bico kəndində vəfat etmişdir.
Təltifləri "Sosialist Əməyi Qəhrəmanı"
İstinadlar
Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:SSRİ kolxozçuları Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər