Mən sənin sevgini istəyirəm () — rejissor Trevis Metyuzun dram filmi. 2012-ci ildə «NakedSword» gey pornoindustriyasının və Trevis Metyuzun birgə istehsalı ilə ekranizasiya edilmişdi.
Məzmun Jesse adında gənc gey doğma Ohayoda yeni həyata başlamaq məqsədi ilə Kaliforniyanı tərk etməyə hazırlaşır. Yola düşməzdən əvvəl gənc oğlan dostlarının, qonşularının və keçmiş sevgililərinin ətrafında vaxtını keçirir. 10 ildən çox yaşadığı şəhərlə ayrılığın acı hissləri, onun yaradıcılığı və ambissiyaları yaşamaq üçün pul qazanmağın qəddar real üzü ilə heç bir adiyyatı yoxdur.
Rollarda Jesse Metzger, Baş qəhrəman.O öz doğma şəhərinə qayımaq məcburiyyətindədir. Brontez Purnell, Jesse'in dostu, geyim dükanında işləyir Ben Jasper, Jesse'in ex-boyfriendi, reklam sənəti ilə məşğuldur Keith McDonald, Jesse'in dostu və mənzil yoldaşı Wayne Bumb, Jesse'in ən yaxın dostu və mənzil yoldaşı Ferrin Solano, Wayne'in boyfriendi Jorge Rodolfo, Wayne'in yaxın dostu, o əvvəlcə Wayne'i Ferrinə çox qısqanırdı, lakin sonra üçlükdə sekslə məşğul olmağa razı olur.
İnkişaf "Mən sənin sevgini istəyirəm" filmi San Fransiskoda yaşayan dostların homoseksual əlaqələrindən bəhz edir. Filmin qısametrajlı versiyası hələ 2010-cu ildə ekranlaşdırılmışdı, o zaman da filmin rejissoru Trevis Mettyuz idi. Film bir çox kino festivallarda nümayiş etdirilmişdi. Filmin tammetrajlı versiyası 2012-ci ildə efirə buraxılmışdı.I Want Your Love official website , accessed March 7, 2013
Avstraliyada məhdudlaşdırılma Avstraliyanın Film və Ədəbiyyat təsnifatı İdarəsi filmi Sidneydə keçirilən Mardi Gras Film Festivalına daxil etməkdən imtina etmişdi.Hawker, Philippa (February 22, 2013) Gay sex too much for Australian film censor , The Age, accessed March 7, 2013 Bu addım bir sıra mübahisələrə səbəb olmuşdu. Tənqidçilərin sözlərinə görə, İdarə "Mən sənin sevgini istəyirəm" filmini bu Festivala daxil etməkdən imtina etməsinə baxmayaraq, Kolumbiya istehsalı olan və zoofiliyanı təbliğ edən Donky Love adlı filmin bu festivalda iştirakı sadəcə olaraq təəssüf doğurur.Potts, Andrew (February 23, 2012) Australian censors ban gay movie a year after allowing bestiality film Gay Star News, accessed March 7, 2013
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2012-ci ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Homoseksual filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:LGBT mövzulu ABŞ filmləri Kateqoriya:2010-cu illərin LGBT filmləri Kateqoriya:Gey filmləri Kateqoriya:İngiliscə filmlər