Ərminavan — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.
Haqqında Ərminavan kəndi Xankəndi və Şuşa şəhərlərinin arasında yerləşir. Şuşadan 2 km, Xankəndidən 560 metr aralıda yerləşirdi. Kərkicahan qəsəbəsi, Daşkənd kəndi ilə də həmsərhədd idi.
Tarixi Kənd haqqındakı ən qədim məlumatlar XII–XIII əsrlərə aiddir. Deyilənlərə görə Bərdə, Nuxa və digər böyük şəhərlərdən Qarabağ və Naxçıvana gedən tacirlər bu yerlərdə düşərgələr qurardılar, karvanlarını saxlardılar. "Ərmin" sözü qədim azəri dilində karvan(lar) mənasını, "avan" isə abad mənasını verir. Abad dedikdə yurd, məskən anlayışı başa düşülür. Daha sonralar ermənilər bu yerləri "Armenakan" kimi adlandırmışdır.
19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Coğrafiyası və iqlimi Kənd dəniz səviyyəsindən 1500 metr hündürlükdədir.
Əhalisi 2008-ci ildə kənd əhalisinin sayı 1400 nəfərdən çox olmuşdur.
İqtisadiyyatı Kəndin yaxınlığından təbaşir, gil çıxdığı üçün burada zavodlar var idi.
Həmçinin bax Xocalı soyqırımı
İstinadlar
Kateqoriya:Xocalı rayonunun ləğv olunmuş kəndləri