İqrar Zakir oğlu Salamov () — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2012).

Həyatı İqrar Salamov 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyorluğu fakültəsini bitirib. 1993-1995-ci illərdə Şəki Dövlət Dram Teatrında aktyor işləyib. 1996-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorudur. 9 may 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. "Nəğmədir, gülüşdür hər dərdə məlhəm" adlı konsert-tamaşada həm aktyor, həm də müğənni kimi çıxış edir.

1999-cu ildə keçirilən "Milli klassika" festivalında Mirzə Fətəli Axundovun "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" tamaşasındakı dərviş Məstəli şah, 2000-ci ildə keçirilən Festivallar festivalında Üzeyir Hacıbəyovun felyetonlarının motivləri əsasında hazırlanmış "Əyri oturaq, düz danışaq" məzhəkəsində 2-ci aktyor rolları ona böyük şöhrət gətirmişdir.

Mülafatları "Əyri oturaq, düz danışaq" tamaşasının yaradıcı heyəti ilə birlikdə 2002-ci ildə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür. 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.

Əsas rolları Ayının min bir oyunu (Sultanməcid Qənizadə) — Dursunəli Marqaritka (Arman Salakru) — həkim Gözəlləri necə qaçırırlar (Bilal Appayev) — Bəşir Xəlifə Leylək (Vilhelm Qauf) — vəzir Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur (Mirzə Fətəli Axundov) — Məstəli şah Aydın (Cəfər Cabbarlı) — Balaxan Ağıllı adam (Firuz Mustafa) — dəli; müstəntiq Əyri oturaq, düz danışaq (Üzeyir Hacıbəyov) — 2-ci aktyor Sən Qara deyilsən (Əziz Nesin) — Qara Şuşa dağlarını duman bürüyüb (Elçin) — İsgəndər Abışov Sehirli kreslo (Fridyeş Karinti) — Şandor Siv Pənah evi (Ələmdar Quluzadə) — Dəli Cəbiş Bayramın birinci günü (Nazim Hikmət) — Şadi bəy Millət dostları (Əbdürrəhim bəy Haqverdiyev) — Firudin bəy

2019-cu ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyorudur.

O, Musiqili Teatrda işlədiyi qısa müddətdə “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov) komediyasında Molla, “Beş manatlıq gəlin”də ( S.Rüstəmov, M.S.Ordubadi) El ağsaqqalı, "Sehrli nəğmə"də (D.Hacıyeva, P.Korotıç) Baba, "Balaca Şahzadə"də (A.Sent-Ekzüperi, R.Ağababayev) Əyyaş, "Baladadaşın toy hamamı"nda (Elçin, F. Allahverdi) Əmirqulu, "Kimyagər"də (S.Kərimi, M.F.Axundzadə) Nuxulu və digərlər tamaşalarda yaddaqalan obrazlar yaratmışdır.

Filmoqrafiya Yol yoldaşları (film, 2003) QAZ (film, 2005) Yoxlama (film, 2006) Hərənin öz payı+tayı (film, 2006)-Tamada Balqabaq (film, 2007) Kəndim+nizə qayıdın!? (film, 2007) Qüdsi (film, 2007) Müəmmalı yubiley (film, 2007) Azarkeş (film, 2008) 100000 AZN (film, 2009)(tammetrajlı bədii film)(İTV) Teatral həyat (film, 2009) Qardaşımdan yaxşısı yox idi (film, 2010) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: molla) Sirr (serial, 2012) Sübhün səfiri (film, 2012) Oğlan evi 2 (film, 2016) Bir zamanlar Şəkidə (film, 2017) () (rol: Hümmət) Xalisin arzuları (film, 2018) Sən demə (film, 2020)

İstinadlar

Xarici keçidlər Şəki kino lentində Günə doğru. İqrar Salamov və Vəfa Novruzova

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları