Kənizdağ — Azərbaycanın Babək rayonu ərazisində dağ. Nehrəm kəndindən 3 kim. cənub-qərbdə yerləşir (hünd. 806,5 m). Naxçıvan dağarası çökəkliyinin tərkib hissəsi olan Naxçıvan düzünün cənub-şərqində, Nehrəm kəndindən 4 km-dək cənub-qərbdə, Araz su qovşağı su anbarının şərq sahilindədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin üst yarımmərtəbəsinə aid Ərəzin lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş erozion-denudasion mənşəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında, onun Culfa qalxımı ilə təmas sahəsində yerləşir.
Həmçinin bax Ağdaban dağı Xarxat dağı Bərdidaş dağı
İstinadlar
Kateqoriya:Babək rayonunun dağları