Fleshgod Apocalypse — 2007-ci ildə Perucca şəhərində yaradılmış İtaliya metal musiqi qrupu.

Haqqında Qrupun ilk demo albomu 2007-ci ildə "Promo '07" adlı albomları prodüser Stefano "Saul" Morabito dəstəyi ilə yayımlandı. Qrup növbəti il albom üçün italyan Septycal Gorge, Modus Delicti və Onirik kimi qruplarla birlikdə çalışmağa başlayıb. "Neurotic Records" albom şirkəti ilə müqavilə imazalandı və 2008-ci ildə qrup Behemoth, Origin, Dying Fetus, Hate Eternal, Suffocation və Napalm Death kimi məşhur metal qruplarla Avropada konsertlərlə çıxış etdi. 2008-ci ilin mayında qrup özünün ilk studiya albomu olan "Oracles" albomunu yazdırdı. Həmin ilin dekabrında qrup "Neurotic Records" ilə əməkdaşlığı dayandırmağı qərara aldı və 2009-cu ildə "Willowtip" albom şirkəti ilə müqavilə imzalayaraq "Oracles" albomunu yenidən buraxdı. 2011-ci ilin mayında isə qrup bütün dünya üzrə qastrollarla çıxış etmək üçün "Nuclear Blast" albom şirkəti ilə müqavilə imzalayaraq, "Agony" albomunu buraxdı. Bu albomdan sonra qrup Şimali Amerika və Avropada konsertlərlə çıxış etdi.

Qrup üzvləri İndiki Françesko Paoli – zərb alətləri, gitara, vokal (2007–indiyədək) Françcesko Ferrini – fortepiano, orkestr (2010–indiyədək) Veronika Bordaççini – vokal (2020-indiyədək) Fabio Bartoletti – gitara (2017-2020, 2023-indiyədək) Yevgeni Ryabçenko – zərb alətləri (2020-indiyədək)

Keçmiş Kristiano Trionfera – gitara, əsas vokal (2007–2017) Tommazo Rikardi – köməkçi vokal, gitaralar (2009–2017) Paolo Rossi – bas gitara, təmiz vokal (2007–2024) Françesko Strulia – zərb alətləri (2007-2009)

Müvəqqəti üzvlər Mauro Merkurio – zərb (2009) David Folçitto – zərb (2017–2020) Lüdoviko Kyoffi – bas (2023)

Qrafik Timeline

Diskoqrafiya

Studiya albomlar Oracles (2009) Agony (2011) Labyrinth (2013)

Demolar The Pain of Earth’s Dementia (2007)

Mini albomlar Mafia (2010)

Kateqoriya:İtaliya musiqi qrupları Kateqoriya:2007-ci ildə yaranan musiqi qrupları Kateqoriya:İtaliya metal musiqi qrupları Kateqoriya:Kvintetlər