Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) — Asiya-Sakit okean regionu boyunca azad ticarət və iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çalışan 21 üzv ölkənin təşkil etdiyi forumdur.

Yaranma tarixi Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatı (APEC — Asia-Pacific Economic Cooperations) 1989-cu ildə Asiya-Sakit okeanı regionunun iqtisadiyyatının daha da müstəqilləşməsinə cavab olaraq yaradılmışdır.

Məqsədləri və fəaliyyət istiqamətləri ASOİƏ-nin məqsədləri bunlardır: regionda və bütün dünyada iqtisadi artıma dəstək; əmtəədən, xidmətdən, kapitaldan və texnologiyadan effektli istifadə etmək; açıq çoxtərəfli ticarət sisteminin inkişafı və mövcudluğu

ASOİƏ-nin fəaliyyəti üç geniş miqyasda aparılır: ticarətin və investisiya ab-havasının liberallaşdırılması; ticarətə və investisiyaya əlverişlilik; ölkələrin iqtisadi və texniki əməkdaşlığı zamanı iqtisadi inkişafın sürətləndirilməsi.

Ayrıca tapşırığı Asiya-Sakit okean regionunda 2020-ci ilə qədər, sənayeləşmiş ölkələrdə isə 2010-cu ilə qədər ticarət və investisiya üçün əlverişli şəraitin yaradılmasıdır. Regionun inkişafında əsas diqqət xüsusi sektorun rolunun gücləndirilməsinə yönəldilir.

Fəaliyyəti Hər il nazirlər səviyyəsində görüşlər keçirilir və təhsil, elektrik enerjisi, ətraf mühit və davamlı inkişaf. əmək ehtiyatlarının inkişafı, elm və texnologiyada əməkdaşlıq, kiçik və orta biznesin təşkili, telekommunikasiya və informasiya sənayesi, ticarət və nəqliyyat mövzularının müzakirəsi aparılır. Həmçinin on işçi qrup balıqçılıq məsələləri ilə, əmək ehtiyatları ilə, texnologiya və işləmə, dəniz ehtiyatlarının mühafizəsi, elektrikləşdirmə, telekommunikasiya, turizm, ticarət, investisiya və nəqliyyat sahəsində regional əməkdaşlıq məsələləri ilə məşğul olur.

Üzvləri +İqtisadi xalqÜzv198919891989198919891989198919891989198919891989 Çin199119911991199319931994199819981998

İllik görüş zirvələri Hər il Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı ticarət məsələləri ilə bağlı müzakirə aparmaq üçün illik zirvə toplantısı keçirir. Hər zirvə toplantısına ev sahibliyi edən ölkə üzvlərdən təsadüfi olaraq qərara alınır: +Sumqayıt görüşləri sayıZirvə görüşü nə vaxt keçirilibEv sahibi iqtisadiyyatıYer1-ci6–7 noyabr 1989Kanberra2-ci29–31 iyul 1990Sinqapur3-ci12–14 noyabr 1991Seul4-ci10–11 sentyabr 1992Banqkok5-ci19–20 noyabr 1993Bleyk adası6-ci15–16 noyabr 1994Boqor7-ci18–19 noyabr 1995Osaka8-ci24–25 noyabr 1996Manila/Subik9-ci24–25 noyabr 1997Vankuver10-ci17–18 noyabr 1998Kuala Lumpur11-ci12–13 sentyabr 1999Oklend12-ci15–16 noyabr 2000Bandar Seri Begavan13-ci20–21 oktyabr 2001 ÇinŞanxay14-ci26–27 oktyabr 2002Los-Kabos15-ci20–21 oktyabr 2003Banqkok16-ci20–21 noyabr 2004Santyaqo17-ci18–19 noyabr 2005Busan18-ci18–19 noyabr 2006Xanoy19-ci8–9 sentyabr 2007Sidney20-ci22–23 noyabr 2008Lima21-ci14–15 noyabr 2009Sinqapur22-ci13–14 noyabr 2010Yokohama23-ci12–13 noyabr 2011Honolulu24-ci9–10 sentyabr 2012Vladiqafqaz25-ci5–7 oktyabr 2013Bali26-ci10–11 noyabr 2014 ÇinPekin27-ci18–19 noyabr 2015Pasay28-ci19–20 noyabr 2016Lima29-ci10–11 noyabr 2017Dananq30-ci17–18 noyabr 2018Port MorsbiMövcud deyil16–17 noyabr 2019 (Ləğv edilib)Santyaqo31-ci20 noyabr 2020Kuala Lumpur (Proqramlaşdırılmış onlayn)32-ci16 iyul və 12 noyabr 2021Oklend (Proqramlaşdırılmış onlayn)33-ci18–19 noyabr 2022Banqkok34-ci15–17 noyabr 2023San-Fransisko35-ci10–16 noyabr 2024Cusco36-ci31 oktyabr–1 noyabr 2025Gyeongju

İstinadlar

http://kayzen.az/blog/diplomatiya/9763/beyn%C9%99lxalq-t%C9%99%C5%9Fkilatlar.html http://apec.org

Kateqoriya:1989-cu ildə yarananlar Kateqoriya:Sinqapur Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Beynəlxalq hüquq