Elman Məmmədrza oğlu Rəfiyev () — azərbaycanlı teatr və kino aktyoru, Azərbaycanın Əməkdar artisti (2012).

Həyatı Elman Rəfiyev 19 yanvar 1971-ci ildə doğulmuşdur.

1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsinə daxil olmuş və 1992-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Gürcüstanda Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunda təhsil almış, 2000-ci ildə Bolqarıstanda Sofiya Yay Akademiyasında "Bədənlər və zaman" seminarında iştirak etmişdir. 1992–1993-cü illərdə Dövlət Gənclər Teatrında aktyor işləmişdir.

Elman Rəfiyev Azərbaycanda Pantomim Teatrının yaradıcılarından biridir. 1994–2000-ci illərdə Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli yığıncağı" Pantomim teatr-studiyasında, 2000-ci ildən Dövlət Pantomim teatrında direktor müavini vəzifəsində çalışır, həmçinin aktyorluq fəaliyyətini davam etdirir. O, Əli Əmirlinin "Meydan" (Zabit), R. Əlizadənin "Tıq-tıq" (Cuk), "Laləli düzən" (Abon), Bəxtiyar Xanızadənin "Nağaraçılar" (Sırtıq), "Kvaksafon" (Qurbağa), "Şərqə səyahət" (Aparıcı), "Yaponiyaya səyahət" (Diktor), "Hindistana səyahət" (Motosikletçi), "3 badam, 1 qoz" (Qoz), "Zibillik pərvanələri" (Şah, Skripkaçı), "Eşq" (Vərəq), "Kölgə" (Polis), S. Mrocekin "Karol xofu" (Baba), Ə. Haqverdiyevin "Kimdir müqəssir?" (Şeytan), M. Musabəyovun "Şəngül, Şüngül, Məngül" (Nağılçı, Dəmirçi), Q. Məsimovun, Muğam Trio Dizlər Müğənni Şeyx Əttar "Uçuş" (5-ci saliq), Çingiz Aytmatovun "Manqurt" (Aparıcı), Üzeyir Hacıbəyovun "Dulusçu" (5–mim), Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" (Qızılgül), Alber Kamyunun "İnsan" (Mason, Hakim), A. Məmmədovun "Korlar" (2-ci Kor) tamaşalarında oynamışdır. Luici Pirandellonun "Səs" (Silvio), Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam 2–3" (İnzibatçı), Anarın "Nigarançılıq" (Aşbaz Əli), Aqşin Babayevin "Nekroloq" (Ruslan), Ramiz Həsənoğlunun "Bəylik dərsi" (Məzhəkəçi), Şərif Qurbanəliyevin "Təklif" (II dələduz) televiziya tamaşalarında, İzzət Əzizovun "Qaz" (Kaliqula), Ramiz Həsənoğlunun "Hüseyn Cavid" (Gənc dramaturq) filmlərində çəkilmişdir. B. Xanızadənin "Arzular aləminə səyahət" elmi-tədris filmində – Kloun Nini rolunda oynamışdır. Klounada janrında axtarışlarını davam etdirir. Səhnə təxəllüsü Kloun Ninidir.

Elman Rəfiyev Dövlət Pantomim teatrında hazırlanan bütün tamaşaların və A. Şaiq adına Kukla Teatrında "Kral" tamaşasının musiqi tərtibatçısıdır. O, 2006-cı ildə Xəzər Universitetində Üzeyir Hacıbəyovun "Arşın mal alan" (ingilis dilində) operettasına, daha sonra isə Fikrət Əmirovun "Sevil" operasına quruluş vermişdir.

Elman Rəfiyev Gürcüstanda (Tiflis, 14–28 noyabr 1998-ci il, "Hamletsiz Hamlet" sənətkarlıq kursu; Tiflis, aprel 1999-cu il, "Teatr+Video" festivalı; Tiflis, 17 sentyabr–8 oktyabr 2000-ci il, "Qızıl maska" Beynəlxalq Teatr Festivalı; Tiflis, 16–19 iyun 2009-cu il, "Azərbaycan mədəniyyət günləri; Tiflis, 4–6 oktyabr 2009-cu il, Beynəlxalq Teatr Festivalı), Rusiyada (Moskva, 26–30 aprel 1999-cu il, "Azərbaycan mədəniyyət günləri"; İrkutsk, 30 avqust–8 sentyabr 2002-ci il, "Mimolyot" 6-cı Beynəlxalq Pantomim və Müasir Plastika Festivalı; Moskva, 17–19 aprel 2007-ci il, "Azərbaycan mədəniyyət günləri"; Moskva, 9–11 oktyabr 2007-ci il, "Bibliobraz" Beynəlxalq Festivalı), Fransada (Paris, 1999-cu il, "Dədə Qorqud-1300"; Paris, 23–25 may 2008-ci il, UNESCO "Leyli və Məcnun" layihəsi), Türkiyədə (Ankara, 18–28 noyabr 1999-cu il, 4-cü beynəlxalq teatr festivalı; Ankara, 7–17 noyabr 2001-ci il, 6-cı beynəlxalq teatr festivalı; Ankara, 17–27 oktyabr 2002-ci il, "Ethos" Uluslararası Teatr Festivalı; Trabzon, 1–13 may 2006-cı il, 7-ci Uluslar arası Karadeniz tiyatro festivalı), Bolqarıstanda (Sofiya, 18 iyul–4 avqust 2000-ci il, İfaçılıq sənətləri üzrə yay akademiyası – "Bədənlər və zaman", "Fildenkrayz metodu", "Ağ buto" seminarları), İranda (Tehran, 4–10 noyabr 2000-ci il, 1-ci Beynəlxalq Pantomim Festivalı; Tehran, 3–10 mart 2002-ci il, "Dostluq" teatr festivalı), Almaniyada (Potsdam, 17–23 iyun 2001-ci il, Unidram festivalında, "XXI-ci əsrin yuxuları" Sankt-Peterburq Mədəniyyət mərkəzinin Artur Şnitslerin "Pyerettanın örtüyü" beynəlxalq layihəsi; Berlin, 13–19 iyun 2008-ci il, "Azərbaycan mədəniyyət ili"), Hollandiyada (Amsterdam, 9–15 dekabr 2002-ci il, "Oud-Wesr Thuis Best" Beynəlxalq mədəniyyətlərarası festival), Avstriyada (Vyana, 10–14 aprel 2003-cü il, "Arzular aləminə səyahət" layihəsində; Vyana, 9–15 aprel 2007-ci il), Ukraynada (Kiyev, 7–14 may 2003-cü il, "Kiyev-Travnevi" 5-ci Beynəlxalq Teatr Festivalı), Tatarıstanda (Kazan, 30 may-6-iyun 2005-ci il, "Nouruz" Türkdilli xalqların teatr festivalı), Misirdə (Qahirə, 20–30 sentyabr 2005-ci il, 17-ci Beynəlxalq Eksperemintal teatr Festivalı; 10–20 oktyabr 2008-ci il, 20-ci Beynəlxalq Eksperemintal teatr Festivalı), Finlandiyada (İmatra, 14–17 iyun 2007-ci il, "Ağ və Qara" Beynəlxalq Teatr Festivalı), Ərəbistanda (Ər-Riyad, Dammam, Ciddəh 10–14 noyabr 2007-ci il, "Azərbaycan mədəniyyət günləri") beynəlxalq teatr festivallarında iştirak etmişdir.

2000-ci ilin aprel ayında Dövlət Pantomim Teatrının direktoru müavini, 2009-2025-ci illərdə isə direktoru vəzifəsində fəaliyyət göstərmişdir.

9 may 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Teatr səhnəsindəki rolları

Azərbaycan Dövlət Pantomim Teatrı Tamaşanın adı Rol Premyera Rejissor Müəllif Musiqi tərtibatçısı Pantomim buketi Müğənni 16 may 1994 Bəxtiyar Xanızadə Bəxtiyar Xanızadə Karol xofu baba 19 fevral 1995 Slavomir Mrojek Kimdir müqəssir? Şeytan 7 mart 1998 Əbdürrəhim bəy Haqverdiyev Uçuş V xaliq 1 aprel 2000 Şeyx Əttar Manqurt aparıcı 17 iyun 2000 Çingiz Aytmatov Şəngül, Şüngül, Məngül Nağılçı-Dəmirçi 4 fevral 2001 Mehman Musabəyov Şərqə səyahət Aparıcı-Motosiklçi-Badam 24 fevral 2001 Bəxtiyar Xanızadə Bayraqdarlar Bayraqdar 19 fevral 2003 Bəxtiyar Xanızadə Samurayın ölümü Aparıcı 20 fevral 2003 Bəxtiyar Xanızadə Dulusçu 1-ci Mim 1 may 2002 Bəxtiyar Xanızadə Üzeyir HacıbəyovBəxtiyar Xanızadə Zibillik pərvanələri Şahustad skripkaçı 15 may 2002 Bəxtiyar Xanızadə Bəxtiyar Xanızadə Kvaksafon Rəssam qurbağa 10 oktyabr 2003 Bəxtiyar Xanızadə Eşq Vərəq 3 aprel 2003 Bəxtiyar Xanızadə Bəxtiyar Xanızadə(Uilyam Şekspirin sonetləri əsasında) Dejavü Bəhruz VaqifoğluSəbinə Hacıyeva Səbinə Hacıyeva Balaca şahzadə 1-ci Qızılgül 10 mart 2004 Bəxtiyar Xanızadə Antuan de Sent-Ekzüperi İnsan Keşiş-Mason-Sədr 13 mart 2005 Alber Kamü Kölgə Polis 20 may 2005 Bəxtiyar Xanızadə Korlar 3-cü kor 16 dekabr 2005 Ayşad Məmmədov Məlikməmməd Padşah 4 aprel 2008 Bəxtiyar Xanızadə Bəxtiyar Xanızadə(Azərbaycan xalq nağılı əsasında) Maska Bəxtiyar Xanızadə Bəxtiyar Xanızadə Adsız Nargilə Qəribova Nargilə Qəribova Kesa və Morito Bəxtiyar Xanızadə Rünoske Akutaqava Mən və mən Ceyhun Dadaşov Ceyhun Dadaşov Xəyal 26 sentyabr 2008 Bəxtiyar Xanızadə Bəxtiyar Xanızadə Çərçivə 2-ci Mim 21 iyul 2009 Əflatun Abdullayev Əflatun Abdullayev Tıq-tıq xanım 26 dekabr 2010 Nargilə Qəribova Abdulla Şaiq Unutmayaq Bəy 14 aprel 2012 Bəhruz Vaqifoğlu Bəxtiyar Xanızadə Fəlakət və insan No comment 14 iyun 2012 Bəxtiyar XanızadəBəhruz VaqifoğluƏflatun Abdullayev Bəxtiyar Xanızadə Manqurt Köməkçi 5 oktyabr 2013 Ceyhun Dadaşov Çingiz Aytmatov Ora-bura Kloun Nini 15 mart 2014 Son ştrix Ağıllı 6 dekabr 2014 Bəxtiyar XanızadəBəhruz Vaqifoğlu Bəxtiyar XanızadəBəhruz Vaqifoğlu Hamlet Kral Kaludio 5 iyun 2015 Bəxtiyar Xanızadə Uilyam Şekspir Adajio Sərxoş şair 1 iyul 2016 Bəxtiyar XanızadəNargilə Qəribova Bəxtiyar Xanızadə Ağ bığlılar Mim 8 oktyabr 2016 Bəhruz Vaqifoğlu Nurlan Rüstəmov

Filmoqrafiya Nigarançılıq (film, 1998) — Əli; nökər Yaşıl eynəkli adam-2 (film, 1999) — restoran işçisi Nekroloq (film, 2001) — Ruslan Salur Qazanın evi talandığı boy (film, 2001) — döyüşçü Yaşıl eynəkli adam-3 (film, 2002) — köməkçi QAZ (film, 2005) — imkanlı oğlan Kişiləri qoruyun (film, 2006) — şadlıq evinin işçisi Bəylik dərsi və ya keçmişdən gülməcələr... (film, 2007) — məzhəkəçi Cavid ömrü (film, 2007) — gənc bolşevik Kəndim+nizə qayıdın!? (film, 2007) — Maykl Günaydın, mələyim! (film, 2008) (plastik həll üzrə rejissor) Qala (film, 2008) — Seyid Ölüm növbəsi (film, 2009) — cavan oğlan Aramızda qalsın (film, 2011-2013) — Nəriman Mürafiə vəkillərinin hekayəti (film, 2011) — Bədəl Sirr (serial, 2012) — Tahir Əsədullayev Sübhün səfiri (film, 2012) — Fridrix Bodenştedt Qanun naminə (teleserial, 2013) — Mirzəli Ata ocağı (film, 2017) — Niyaz Maqomayev (serial, 2020) — Kamal (Rusiya) İdarə (serial, 2020) — kinorejissor Sayrışan işıqlar (serial, 2020) — Fikrət Sonuncu mogikan (film, 2021) — poçtalyon Son səfər (film, 2022) — Mircəfər Bağırov Azad buludlar kimi (film, 2023) — Yusif Vəzir Çəmənzəminli Ömür sonatası (film, 2023) — Mircəfər Bağırov Oğlan igid, qız qəşəng (film, 2024) — Çingiz 21-ci möcüzə (film, 2024) — Kazım İstiqlal bəyannaməsi (film, 2024) — Şəfi bəy Rüstəmbəyli Mən, Lalə və bir də Şerlok Holms (serial, 2024) — Jak Poqanel O gün bayram idi (film, 2025) — Firudin bəy Köçərli Nəcəf bəy Vəzirov. Təxəllüsü "Dərviş" (film, 2025) — Fərhad Axundovların Sanisi (film, 2025) — İbrahim bəy Musabəyov Bir başlanğıc: "Əkinçi" (film, 2025) — Mirzə Fətəli Axundov Qarasudan əsən yellər. Bəkir Çobanzadə (film, 2025) — Məmməd Millət təqvimi (film, 2026) — Mir Cəfər Bağırov Tarixin divanı (film, 2026) — Həmid Sultanov (həm də kastinq və aktyorlarla iş üzrə rejissor) Çarəsiz (serial, 2026) — Elxan Silinən izlər: Azərbaycan İrəvanı (film, 2026) — Vladimir Orlov Ağrının ovcundakı şəhər (film, 2026) — Mirzə Fətəli Axundov Daşlara həkk olunan tale. Memar Əcəmi (film, 2026) — Şərafəddin Tusi Çarəsiz(teleserial)

İstinadlar

Mənbə

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Sumqayıtda doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları