"Səyahət" () — rejissor Vittorio de Sikanın İtaliya-Fransa istehsalı olan filmi.

Məzmun

Adriana de Mauro Çezare Braciyə aşiq olub. Lakin Çezare atasının son qərarını biləndən sonra öz qardaşı Antoni ilə Adriananın evlənməsinə razılıq verir. Amma məsələ elə gətirir ki, Antonio avtomobil qəzasında həlak olur. Adriana ərinin ölümünə kədərlənir və Çezare onu yenidən həyatına qaytarmağa çalışır. Qadının keçirdiyi ağır günlər nəticəsində onda ağrılar və başgicəllənmələrlə müşahidə olunur. Çezare onu həkimə aparır. Həkim müayinədən mənfi diaqnoz qoyur: Adriana sağalmaz xəstəliyə tutulub və çox yaşamayacaq. Çezare vaxt itirmədən ona evlilik təklifi edir. Buna baxmayaraq, onların münasibətləri Adriananın anasının xoşuna gəlmir.

Film haqqında

Film Vittorio de Sikanın kinoda son işidir. Belə ki, film ekranlara çıxandan səkkiz ay sonra rejissor vəfat etmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin müəllifi : Luici Pirandello Ssenari müəllifləri : Diyeqo Fabbri, Massimo Françoza, Luiza Montanyana Rejissor : Vittorio de Sika Operator : Ennio Qvarnyeri Rəssam : Luici Skaççyanoçe Bəstəkar : Manuel de Sika Prodüser : Karlo Ponti Montaj : Kim Arkalli Geyim rəssamları : Marsel Eskofye, Bruno Raffaelli Qrim : Cüzeppe Annunsiata, Ron Berkeli, Alessandro Yakoponi Səs rejissoru : Karlo Palmyeri Dirijor : Aleksandr Blonkştayner Xoreoqraf : Umberto Perqola

Rollarda Aktyor Rol Sofi Loren Adriana de Mauro Riçard Börton Çezare Braci İen Bennen Antonio Braci Barbara Pilavin Adriananın anası Renato Pinçiroli həkim Maşione Daniele Varqas vəkil don Liborio Sercio Bruni Armando Cill Ettore Ceri Rinaldo Olqa Romanelli Klementina İzabell Marşal gülçü Rikkardo Manqano həkim Karlini Annabella İnkontrera Simona Antonio Anelli Cakomo Puççini Luka Bonikalsi Franko Lauriano vəkilin köməkçisi Paolo Lena Nandino Françesko Leone Covanni Lo Kaşo Covanni Lo Monako Cüzeppe Namio Tito Nikotra Barri Simmons həkim de Paolo

Mükafatlar və nominasiyalar

Mükafatlar

1974-cü ilin "Devid di Donatello" mükafatı:

Ən yaxşı aktrisa – Sofi Loren

1974-cü ilin "San-Sebastyan" beynəlxalq kinofestivalının mükafatı:

Ən yaxşı aktrisa – Sofi Loren

İstinadlar

Kateqoriya:İtaliya filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Melodram filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:Vittorio de Sikanın filmləri Kateqoriya:1974-cü ilin filmləri Kateqoriya:Hekayə əsasında çəkilmiş filmlər Kateqoriya:1910-cu illər haqqında filmlər Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:İtaliyanın melodram filmləri Kateqoriya:Fransanın melodram filmləri Kateqoriya:İtaliyanın dram filmləri Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Romada çəkilmiş filmlər Kateqoriya:United Artists filmləri Kateqoriya:İtalyanca filmlər Kateqoriya:İngiliscə filmlər