thumb|right|200px|"Hanq Nqa" mehmanxanası "Hanq Nqa" — Vyetnamın Dalat şəhərində mehmanxana.
Mehmanxananın əsası 1990-cı ildə qoyulmuşdur. Hotelin sahibi bir vaxtlar Moskvada memarlığı öyrənmiş Vyetnamın sabiq prezidentinin qızıdır.
Bu təəccüb doğuran mehmanxana bütün ənənəvi memarlıq standartlarından uzaqdır. Öz görünüşünə görə nağıl personajının sarayını xatırladır. O özünün qeyri-adi quruluşu ilə diqqəti cəlb edir, hotelin heç bir pəncərəsi kvadrat və ya dairəvi deyil. Çoxları mehmanxananı "dəlilər evi", "ağacda koma" və ya "hörümçək daxması" adlandırır.
Mənbə Dünyada 10 ən qeyri-adi bina.
İstinadlar
Kateqoriya:Vyetnam Kateqoriya:1990-cı ildə yarananlar Kateqoriya:Vyetnam memarlığı