Jan Nikolas Artür Rembo (; 20 oktyabr 1854, Şarlevil Mezyer, Fransa — 10 noyabr 1891, Marsel, Fransa) — fransız şair, simvolizmin ədəbiyyatda ən böyük təmsilçilərindən biri.
Həyatı Artür Rembo 20 oktyabr 1854-cü ildə Fransanın şimalındakı Ardennes bölgəsində yerləşən Şarlevil Mezyer qəsəbəsində, Burbon küçəsi 73 ünvanında doğulmuşdur. Atası Frederik dənizçi olmuşdur və anası Vitali ilə gənc yaşda ayrılmışdır. Vitali Roşe yaxınlığında yaşayan ferma sahibi varlı bir ailənin qızı idi. İlk doğulan uşağa atasının adı Frederik verilmişdir. İkinci uşaq olan Artür, anası ilə eyni adı daşıyan Vitali və 4-cü uşaq Rembonun həyatında vacib rol oynayan İzabeldir.
Artür Rembo cəmi 37 il yaşayıb. Qısa həyatının çox hissəsini, kasıb, ac, küçələrdə soyuqdan üşüyən avara kimi keçirib. Rembo Fransadan piyada və tamamilə pulsuz İtaliyaya, Almaniyaya, Belçikaya səyahət edib, qarlı Alp dağlarını piyada aşıb.
Yaradıcılığı 16 yaşı olanda Rembo şeirlərini romantik şair Teodor de Banvilə göndərir. O ilahi gözəlliyin axtarışı üçün şairlər səltənəti olan Parnasa (Parnas – qədim yunanların inancına görə şeir və şairlər aləminin mövcud olduğu dağ) qoşulmaq istəyini bildirir.
Əsərləri thumb|right|200px|Rembo Afrikada Yazıçının sağlığında çap olunan əsərləri: Sərxoş gəmi / Le bateau ivre (1871) Cəhənnəmdə bir yay / Une Saison en Enfer (1873) Aydınlatma / Les illuminations (1874)
Xarici keçidlər Arthur Rimbaud – Poets.org Poetic Space – Extensive online library of Rimbaud translations and biographies Rimbaud Illuminations – from the original Publications de la Vogue, 1886 THE QUIET LIFE Artür Rembonun şəkil və portretləri Artür Rembo: tez sönmüş ömrün dühası - Araşdırma
Kateqoriya:Fransız şairlər Kateqoriya:Fransa şairləri Kateqoriya:Fransa inqilabçıları Kateqoriya:Gündəlik müəllifləri Kateqoriya:XIX əsr şairləri