Ervand Sevortyan () — Sovet türkoloqu, etimoloqu, pedaqoq, filologiya elmləri doktoru, professor, RSFSR-in əməkdar elm xadimi. Türk dillərinin etimoloji sözlükləri içində ən irihəcmli və ən əsaslı etimoloji sözlüyün müəllifidir.

Həyatı 1901-ci ildə dünyaya göz açıb, 1930-cu ildə Simferopoldakı Krım Pedaqoji İnstitutunu bitirir. Daha sonra Moskva Dilçilik Elmi-Tədqiqat İnstitutunda aspiranturanı başa vurub həmin institutda elmi işçi kimi çalışır, bir neçə il türk dilləri bölməsinin müdiri olub. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olub: Moskva Fəlsəfə, Ədəbiyyat və Tarix İnstitutunda, Moskva Şərqşünaslıq İnstitutunda, Moskva Dövlət Universitetində, Xarici Dillər İnstitunda dərs deyib. 1957-ci ildə "Azərbaycan ədəbi dilində affiksal (şəkilçi köməkliyi ilə) feildüzəltmə" mövzüsunda doktorluq işini müdafiə edir. 1958-ci ildə "Türk dillərinin etimoloji sözlüyü"nün (8 cilddə, 1978–2008) üzərində işlərə başlayır. Sözlüyün I cildinin dərc edilməsi, II–IV cildlərin çapa hazırlanması Sevortyan tərəfindən görülür, ölümündən sonra iş həmkarları tərəfindən davam etdirilir.

Türk Dil Qurumunun müxbir üzvü olub (1957).

Əsərləri Türk dilinin qrammatikası ("Грамматика турецкого языка", 1947); Türk ədəbi dilinin fonetikası ("Фонетика турецкого литературного языка", 1955); Azərbaycan ədəbi dilində affiksal feildüzəltmə ("Аффиксы глаголообразования в азербайджанском литературном языке", 1957); Azərbaycan dilində affiksal feildüzəltmə ("Аффиксы глаголообразования в азербайджанском языке", 1962); Azərbaycan dilində affiksal ismi sözdüzəltmə ("Аффиксы именного словообразования в азербайджанском языке", 1966); Azərbaycan dilinin qrammatikası ("Грамматика азербайджанского языка", 1971, M. Şirəliyevlə birgə).

Məqalələri Sovet türkologiyasının inkişafı tarixindən (Из истории развития советской тюркологии.// Известия АН СССР, ОЛЯ, 1955, том XIV, вып. 2) Müzakirəardı illərdə sovet türkologiyası (Советская тюркология в последискуссионные годы. // Известия АН СССР, ОЛЯ, 1953, том XII, вып.6) "Türk dillərinin tarixi öyrənilməsinin bəzi məsələlərinə dair" məqaləsi ("О некоторых вопросах исторического изучения тюркских языков", 1960) "Türk dillərinin çağdaş durumu və SSRİ-də tarixi öyrənilməsinin bəzi məsələləri" məqaləsi ("Современное состояние и некоторые вопросы исторического изучения тюркских языков в СССР", 1961)

İstinadlar

Kateqoriya:Türkoloqlar Kateqoriya:Filologiya elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:SSRİ türkoloqları Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:SSRİ dilçiləri